B

Bakinity Distribution MMC

Son tarix: 30 Oktyabr 2026

Satış üzrə koordinator (Satışa dəstək üzrə mütəxəssis)

Marketinq və SatışBakıTam Ştat1 Oktyabr 202669

Müsahibə əsasında

Vakansiya haqqında

Struktur bölmə: Korporativ satış şöbəsi

Birbaşa tabeçilik: Şöbə müdiri

Funksional tabeçilik: Baş mütəxəssis (Müştərilərlə iş üzrə menecer)

Vəzifə öhdəlikləri:

  • Satış proseslərinin planlaşdırılması və koordinasiyasında iştirak edir, proseslərin fasiləsiz və effektiv icrasına dəstək göstərir.
  • Satış üzrə Baş Mütəxəssisin gündəlik fəaliyyətinin təşkilinə dəstək verir (görüş cədvəllərinin idarə olunması, tapşırıqların izlənməsi və s.).
  • Korporativ müştərilərlə görüşləri təşkil edir, görüşlərdə iştirak edir, müzakirələri qeydə alır və görüş protokollarını hazırlayır.
  • Kommersiya təkliflərinin, təqdimat materiallarının hazırlanmasına dəstək göstərir.
  • Müştəri tələblərini toplayaraq tələbin strukturlaşdırılması və ilkin analitik təhlilində iştirak edir.
  • İş yükünü effektiv idarə edir, gündəlik və həftəlik prioritetlərin müəyyənləşdirilməsinə riayət edir.
  • Digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq çərçivəsində satış proseslərinə dəstək verir.
  • Əməliyyat proseslərində yaranan problemlərin həllində iştirak edir və verilmiş tapşırıqların icrasını təmin edir.
  • Satış əməliyyatlarının icrası zamanı Müştəri Münasibətlərinin İdarə Olunması (MMİO/CRM) və digər proqram təminatlarından istifadə olunur.
  • CRM sisteminə məlumatların daxil edilməsi və məlumatların mütəmadi olaraq yenilənməsinin təmin edir.
  • Satış alətlərinin tətbiqində iştirak edir və onların effektiv istifadəsinə dəstək göstərir.
  • Görülən işlər üzrə hesabatların hazırlanmasında iştirak edir və təqdim olunmasına dəstək verir.
  • Xidmət zərurəti yarandıqda ezamiyyətlərə getməyə açıq olur və ezamiyyət çərçivəsində verilən tapşırıqları icra edir.
  • Peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə təlim və seminarlarda iştirak edir, əldə etdiyi bilikləri iş prosesində tətbiq edir.

Namizədə dair arzu olunan bilik və bacarıqlar:

  • Ali təhsil (İqtisadiyyat, Maliyyə, İT və ya oxşar sahələr üzrə).
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır.
  • Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür.
  • MS Office proqramları ilə sərbəst işləmə bacarığı.
  • CRM (Bitrix24), 1C və Dibrain proqramları ilə işləmə bacarığı (təlim keçirilir).
  • İnformasiya texnologiyaları və rəqəmsallaşmaya marağının yüksək olması zəruridir.
  • Ünsiyyətcil, yüksək danışıq və təqdimat bacarığı.
  • Tapşırıqları düzgün prioritetləşdirmə və problem həll etmə bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.
  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
  • Vakansiya növü : Tam ştat
  • İş yeri: “Bakinity Distribution” MMC
  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Push 30 platformasından istifadə imkanı.
  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.
  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.
  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar