B

Business Accounting

Son tarix: 10 Oktyabr 2026

Satış üzrə mütəxəssis

Marketinq və SatışBakıTam Ştat10 Sentyabr 202651

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

  • Şirkət: Altium İnternational Laboratoriya Cihazları MMC
  • Ərazi: Bakı
  • Maaş:  müsabiqə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcəkdir
  • İş rejimi: 5 günlük iş qrafiki

İş barədə məlumat:

  • Potensial müştərilərin axtarışını və cəlb edilməsini həyata keçirmək
  • Müştərilərin ehtiyaclarını müəyyən etmək və həmin ehtiyaclara uyğun məhsul və xidmətlər barədə məlumat vermək.
  • Məhsul və xidmətlərin xüsusiyyətlərini, qiymətlərini, kampaniyalarını və satış şərtlərini müştərilərə izah etmək.
  • Satış prosesini müəssisənin müəyyən etdiyi qayda və prosedurlara uyğun həyata keçirmək.;
  • Müştəri bazasını formalaşdırmaq və yeniləmək;
  • Müştəri məmnuniyyətinin təmin olunması və uzunmüddətli müştəri münasibətlərinin formalaşdırılması istiqamətində fəaliyyət göstərmək.;
  • Bazar, rəqiblər, qiymətlər, müştəri tələbatı və satış imkanları barədə məlumat toplamaq və rəhbərliyə təqdim etmək.;
  • Satışların artırılması üçün yeni müştəri və satış kanallarının müəyyənləşdirilməsi ilə bağlı təkliflər vermək;

Əsas tələblər:

  • Staj: 1-2 il
  • Yaş: 20 — 50 yaş
  •  Ali təhsil (kimya,fizika,və ya biologiya üzrə).
  • Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür).
  • Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək.
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

İş şərtləri:

  • İş qrafiki: Həftənin 5  günü (Həftə içi 09:00-dan 18:00 dək) istirahət günü:Şənbə, bazar.
  • Əmək haqqı: müsabiqə zamanı təcrübə və bacarıqlara əsasən təyin ediləcəkdir
  • Sınaq müddəti: 3 ay

Cv formasında şəkil olması mütləqdir. Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Satış üzrə mütəxəssis” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.

Oxşar vakansiyalar