Tusi Science Academy MMC
Satış üzrə mütəxəssis (Sales Specialist)
Müsahibə əsasında
Vakansiya haqqında
Biz nə təklif edirik?
- Dinamik və inkişafyönümlü iş mühiti;
- Müxtəlif təhsil layihələri və məhsulları ilə işləmək imkanı;
- Sabit əməkhaqqı
- Peşəkar inkişaf və karyera imkanları.
İş şəraiti:
- İş yeri: Bakı, Falez Plaza
- İş qrafiki: 5 günlük iş həftəsi
- Əməkhaqqı: Müsahibə əsasında
Müraciət üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz:
<a href="https://tusiscienceacademy.az/vakansiya" target="_blank" rel="noopener noreferrer">https://tusiscienceacademy.az/vakansiya</a>
Tələblər:
- Ali təhsil;
- Satış sahəsində minimum 1–2 il iş təcrübəsi (təhsil sektorunda təcrübə üstünlükdür);
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Müştəriləri inandırmaq və etirazlarla işləmək bacarığı;
- Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq;
- Azərbaycan dilində sərbəst danışıq; rus və ingilis dili bilikləri üstünlükdür;
- MS Office proqramları ilə işləmək bacarığı;
- Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tusi Science Academy-nin təhsil proqramlarının, layihələrinin, məhsullarının və xidmətlərinin satışını həyata keçirmək;
- Məktəblər, təhsil müəssisələri, valideynlər, şagirdlər və digər potensial müştərilərlə əlaqə qurmaq;
- Yeni müştərilərin cəlb edilməsi və əməkdaşlıq imkanlarının araşdırılması;
- Məhsul və layihələrin təqdimatını keçirmək, görüşlər təşkil etmək və satış danışıqları aparmaq;
- Daxil olan müraciətləri idarə etmək, potensial müştərilərlə mütəmadi əlaqə saxlamaq (follow-up);
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsul və xidmətləri təklif etmək;
- Satış prosesini ilkin əlaqədən müqavilənin bağlanmasına qədər idarə etmək;
- Satış planlarının icrasını təmin etmək;
- Bazar və rəqib araşdırmaları aparmaq;
- Gündəlik və həftəlik satış hesabatları hazırlamaq.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Satış üzrə mütəxəssis
Ovçular dükanı
Inside Sales
CETA Project Logistics
Satış məsləhətçisi
Soliton
SMM mütəxəssis
Odontos LTD
Marketinq Analitiki
Odontos LTD
Canlı Yayım və Müştəri Əlaqələri üzrə əməkdaş
Təkər Store
