O

Otokoc Azerbaijan

Son tarix: 21 Noyabr 2026

Satış və Əməliyyat üzrə Mütəxəssis (Hava Limanı)

Marketinq və SatışBakıTam Ştat21 Oktyabr 202680

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı, Bakı

İş rejimi: Növbəli iş rejimi

Vəzifənin təsviri

  • AVIS Azerbaijan komandamıza qoşulacaq Satış və Əməliyyat üzrə Mütəxəssis axtarırıq. Namizəd hava limanı ofisində avtomobil icarəsi üzrə satış fəaliyyətini, avtomobillərin gündəlik əməliyyatlarını, müştərilərə təhvil verilməsi və geri qəbul edilməsi proseslərini idarə edəcək. Eyni zamanda əməliyyat məlumatlarının düzgün qeydiyyatını və müvafiq hesabatların hazırlanmasını təmin edəcək.

Əsas vəzifə öhdəlikləri

  • Hava limanına gələn müştərilərə avtomobil icarəsi xidmətlərini təqdim etmək və aktiv satış həyata keçirmək;
  • Müştərilərin ehtiyaclarına uyğun avtomobil və icarə şərtləri təklif edərək satış imkanlarını dəyərləndirmək;
  • İcarə müqavilələrini hazırlamaq, rəsmiləşdirmək və müvafiq sistemə daxil etmək;
  • Avtomobillərin gündəlik əməliyyatlarını idarə etmək, təhvil və geri qəbul proseslərini həyata keçirmək;
  • Avtomobillərin texniki və vizual vəziyyətini yoxlamaq, mövcud zədələri və digər uyğunsuzluqları qeydə almaq;
  • Avtomobillərin təmizliyinə, istifadəyə hazır olmasına və əməliyyat planına uyğun mövcudluğuna nəzarət etmək;
  • Avtomobillərin təhvil-təslim sənədlərini, açarlarını və digər müvafiq sənədləri idarə etmək;
  • Gündəlik satış, icarə, avtomobil hərəkəti və əməliyyat göstəriciləri üzrə hesabatlar hazırlamaq;
  • Əməliyyat məlumatlarını təhlil etmək, uyğunsuzluqları müəyyənləşdirmək və vaxtında rəhbərliyə məlumat vermək;
  • Müştəri məmnuniyyətini təmin etmək və AVIS xidmət standartlarına riayət etmək.

Namizədə tələblər

  • Ali təhsil mütləqdir;
  • İngilis dilini yaxşı səviyyədə bilmək və xarici müştərilərlə sərbəst ünsiyyət qurmaq mütləqdir;
  • Avtomobillərin texniki və vizual xüsusiyyətlərini bilmək, avtomobilin vəziyyətini qiymətləndirmək bacarığı mütləqdir;
  • Avtomobillərin gündəlik icarə əməliyyatlarını və təhvil-təslim proseslərini müstəqil idarə etmək bacarığı mütləqdir;
  • Güclü analitik düşünmə və hesabat hazırlama bacarığı;
  • MS Excel və digər ofis proqramlarından yaxşı səviyyədə istifadə bacarığı;
  • Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
  • Satış, müştəri xidmətləri və ya avtomobil icarəsi sahəsində iş təcrübəsi üstünlükdür;
  • Rus dilini bilmək üstünlükdür;
  • Yüksək məsuliyyət, dəqiqlik, operativlik və problem həll etmə bacarığı;
  • Növbəli iş rejimində, o cümlədən həftəsonları işləmək imkanı.

Təklif edirik

  • Beynəlxalq avtomobil icarəsi brendi AVIS-də işləmək imkanı;
  • Əmək bazarına və namizədin təcrübəsinə uyğun əməkhaqqı;
  • Özəl tibbi sığorta;
  • Peşəkar və dinamik iş mühiti;
  • Peşəkar inkişaf və karyera imkanları.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar