U

Unitexnika MMC

Son tarix: 2 Oktyabr 2026

Satış və İcarə üzrə Menecer

Marketinq və SatışBakıTam Ştat2 Sentyabr 202628

Müsahibə əsasında

Vakansiya haqqında

İş şəraiti

Vəzifə öhdəlikləri

  • Şirkətin məhsul və avadanlıqlarının satışı və icarəsi üzrə müştərilərlə işin aparılması;
  • Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması, onların ehtiyaclarının müəyyən edilməsi və uyğun satış/icarə həllərinin təklif olunması;
  • Müştərilərdən daxil olan satış və icarə sorğularının operativ şəkildə cavablandırılması;
  • Satış və icarə üzrə kommersiya təkliflərinin hazırlanması və müştərilərə təqdim edilməsi;
  • Qiymət, ödəniş şərtləri, icarə müddəti və digər kommersiya şərtlərinin müştərilərlə razılaşdırılması;
  • Satış və icarə müqavilələrinin hazırlanması, rəsmiləşdirilməsi və icrasına nəzarət edilməsi;
  • İcarəyə verilən avadanlıqların təhvil-təslim prosesinin koordinasiya edilməsi və müvafiq sənədlərin hazırlanması;
  • İcarə müddətlərinin, müqavilələrin bitmə tarixlərinin və avadanlıqların geri qaytarılmasının izlənilməsi;
  • İcarədən geri qaytarılan avadanlıqların texniki vəziyyətinin yoxlanılması üçün servis şöbəsi ilə koordinasiyanın aparılması;
  • Satış və icarə sifarişlərinin sistemdə qeydiyyatının aparılması və məlumatların mütəmadi yenilənməsi;
  • Satış və icarə əməliyyatlarının Mikro sistemində qeydiyyatının aparılması;
  • Müştərilərin ödənişlərinin və debitor borclarının mühasibatlıq şöbəsi ilə birlikdə izlənilməsi;
  • Satış və icarə üzrə aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Satış planlarının yerinə yetirilməsi və müəyyən edilmiş hədəflərə çatmaq istiqamətində aktiv fəaliyyət göstərilməsi;
  • Bazarın, müştəri tələbatının və rəqiblərin təkliflərinin izlənilməsi;
  • Satış, icarə, servis, ehtiyat hissələri, logistika və mühasibatlıq şöbələri arasında iş prosesinin koordinasiya edilməsi;
  • Müştəri məmnuniyyətinin təmin edilməsi və uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması.

Namizədə tələblər

  • Bəy namizədlər
  • Ali təhsil;
  • Yaş həddi: 23–40 yaş;
  • Satış, korporativ satış, avadanlıq icarəsi, B2B satış və ya oxşar sahədə minimum 1 il iş təcrübəsi;
  • Sürücülük vəsiqəsinin olması və aktiv sürücülük bacarığı;
  • Aktiv satış və müştəri cəlb etmə bacarığı;
  • Müştərilərlə danışıqlar aparmaq və təqdimat etmək bacarığı;
  • Kommersiya təklifləri və müqavilələrlə işləmək bacarığı;
  • Satış və icarə proseslərinin idarə olunması və izlənilməsi bacarığı;
  • MS Office proqramları, xüsusilə Excel üzrə yaxşı biliklər;
  • Mikro sistemində işləmək bacarığı üstünlükdür;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, rus və ingilis dili biliyi üstünlükdür;
  • Məsuliyyətli, nəticəyönümlü, təşəbbüskar və ünsiyyətcil olmaq;
  • Planlama, hesabatlılıq və məlumatları sistemləşdirmək bacarığı;
  • Komandada işləmək və müxtəlif şöbələrlə effektiv koordinasiya qurmaq bacarığı.

Təklif olunur

  • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq ;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Nahar şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar