B
Baku Hotel Company
Satış və müştəri xidməti üzrə mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Struktur bölmə: Əməliyyat Departamenti
İş haqda məlumat:
- İş rejimi: 5 gün, 09:00-18:00;
- Əmək haqqı: Müsahibə əsasında;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Könüllü tibbi sığorta;
Vəzifə tələbləri:
- Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq və ya əlaqəli sahə üstünlükdür);
- Satış və ya müştəri xidmətləri sahəsində 3-5 il iş təcrübəsi;
- Azərbaycan, ingilis (sərbəst bilmək) və rus dili (yaxşı);
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- Müştəri yönümlülük və nəticəyə fokuslanma;
- MS Office proqramlarında işləmək bacarığı;
- Komandada və müstəqil işləmə qabiliyyəti.
Sertifikat/vəsiqə/lisenziya:
- Satış və müştəri xidməti istiqaməti üzrə üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Satış planlarının icrasında aktiv iştirak etmək və aylıq/illik satış hədəflərinə nail olmaq;
- Bazar araşdırması aparmaq, rəqibləri və bazar vəziyyətini təhlil etmək;
- Korporativ müştərilərlə sıx əməkdaşlıq qurmaq;
- Müştəri bazasının yenilənməsi və satış hesabatlarının hazırlanması;
- Müştərilərlə peşəkar ünsiyyət qurmaq, müraciət və sorğuları operativ cavablandırmaq;
- Müştəri şikayətlərinin araşdırılması və həlli istiqamətində tədbirlər görmək;
- Yeni müştərilərin qarşılanması və xidmət prosesinin koordinasiyası;
- Xidmət keyfiyyətinə və şirkət standartlarına riayət olunmasına nəzarət etmək;
- Müştəri məmnuniyyətinin artırılması istiqamətində təşəbbüslər irəli sürmək;
- Satış və xidmət prosesində digər şöbələrlə effektiv əməkdaşlıq etmək;
- Sənədləşmə və müqavilə proseslərinə nəzarət etmək;
- Hesablaşma və maliyyə şöbəsi ilə koordinasiyalı işləmək;
- Daxili prosedur və qaydalara riayət etmək.
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Satış və müştəri xidməti üzrə mütəxəssis" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
T
Bugün
Satış təmsilçisi
Təhsildə Araşdırma və İnkişaf Mərkəzi • Bakı
Tam Ştat
400 ₼Müraciət et
K
Bugün
Mağaza anbar əməkdaşı
Karaca • Bakı
Tam Ştat
800 ₼Müraciət et
K
Bugün
Satış məsləhətçisi
Karaca • Bakı
Tam Ştat
600 ₼Müraciət et
K
Bugün
Satış Məsləhətçisi
Karaca • Bakı
Tam Ştat
600 ₼Müraciət et
Bugün
Satıcı
Brend House • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
S
Bugün
Marketinq Mütəxəssisi
Sinteks Group of Companies • Bakı
Remote
Müsahibə əsasındaMüraciət et