KAS Aluminium
Satış Yönümlü SMM
600 ₼
Vakansiya haqqında
Satış Yönümlü SMM və Satış Mütəxəssisi
Şirkət: KAS Alüminium
Fəaliyyət sahəsi: Alüminium profillərinin satış mərkəzi
İş yeri: Bakı
Əməkhaqqı: Razılaşma yolu ilə
KAS Alüminium alüminium profillərinin satışı sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətimiz cambalkon sistemləri, cəbhə (fasad) sistemləri, qapı və pəncərə sistemləri, şüşə arakəsmələr, alüminium profilləri və digər alüminium sistemlərinin satışı ilə məşğuldur.
İş haqqında
Komandamıza satış yönümlü SMM və Satış Mütəxəssisi axtarırıq.
Axtardığımız namizəd yalnız sosial media səhifələrini idarə etməklə kifayətlənməyəcək, eyni zamanda sosial media platformaları vasitəsilə yeni müştərilər tapmalı, onlarla peşəkar ünsiyyət qurmalı, məhsullarımızı təqdim etməli və müraciətləri satışa çevirməlidir.
Vacib qeyd
Şirkət tərəfindən alüminium profilləri və sistemləri, məhsulların texniki xüsusiyyətləri və satış prosesi tam şəkildə öyrədilir. Lakin məhsulları və iş prinsipini mənimsəyə bilməyən namizədlə əməkdaşlığın davam etdirilməsi mümkün olmayacaq. Bu səbəbdən öyrənməyə həvəsli, məsuliyyətli və uzunmüddətli işləmək istəyən namizədlərə üstünlük veriləcək.
Əməkhaqqı razılaşma yolu ilə;
Satış nəticələrinə əsasən bonus sistemi;
Rahat və peşəkar iş mühiti;
Məhsullar və satış prosesi üzrə tam təlim;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı.
Müraciət qaydası
Maraqlanan namizədlər CV-lərini WhatsApp vasitəsilə 050 254 60 20 nömrəsinə göndərə bilərlər.
Tələblər:
Yaş: 25 və yuxarı;
Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
Rus dilini bilən namizədlərə üstünlük verilir;
Sosial media platformaları ilə işləmə bacarığı;
Ünsiyyət və satış bacarığı;
Məsuliyyətli, intizamlı və öyrənməyə həvəsli olmaq;
Tikinti materialları, alüminium profilləri, mebel aksesuarları və ya oxşar sahələrdə satış təcrübəsi olan namizədlərə üstünlük verilir;
SMM və ya satış sahəsində təcrübə üstünlükdür.
Vəzifə öhdəlikləri:
Instagram, Facebook və digər sosial media hesablarının idarə olunması;
Kontent planının hazırlanması və paylaşımların yerləşdirilməsi;
Meta reklamlarının hazırlanması və idarə olunması;
Sosial media platformaları vasitəsilə potensial müştərilərin tapılması, onlarla əlaqə saxlanılması, məhsullar haqqında məlumat verilməsi və şirkətə cəlb olunması;
Sosial media vasitəsilə daxil olan müraciətlərin operativ cavablandırılması;
Müştərilərə məhsullar haqqında düzgün və dolğun məlumatın verilməsi;
Müştərilərlə effektiv ünsiyyət quraraq satışın həyata keçirilməsi;
Satış prosesinin izlənilməsi və müştəri məmnuniyyətinin təmin olunması.
Oxşar vakansiyalar
SMM / MOBİLOQRAF xanım
Company • Bakı
Kontent Menecer
Bakı Nitq Mərkəzi MMC • Bakı
Satış üzrə mütəxəssis
Ekom Construction MMC • Bakı
Video kontent yaradıcısı (qadın)
Globalmmc • Bakı
Əmlakçı-Rieltor
Ev_Sat Əmlak • Bakı
Satış məsləhətçisi
Texno Home • Bakı