T

Texno Home

Son tarix: 25 Avqust 2026

Sayt Kontent Mütəxəssisi (Xanım)

Marketinq və SatışBakıTam Ştat16 İyul 202656

500

Vakansiya haqqında

Texnohome komandasına məsuliyyətli və diqqətli xanım əməkdaş dəvət edir.

Vəzifə öhdəlikləri:
Sayta yeni məhsulların əlavə edilməsi;
Məhsul məlumatlarının yoxlanılması və düzəlişlərin edilməsi;
Sayt üzrə gündəlik tapşırıqların yerinə yetirilməsi;
Məhsulların SEO açar sözlərinin (Keywords) mütəmadi yoxlanılması və yenilənməsi;
Saytda aktiv kampaniyaların düzgün yerləşdirilməsinə və idarə olunmasına nəzarət;
Sayt məlumatlarının aktuallığının qorunması.


Tələblər:
Xanım namizəd;
Kompüterdən sərbəst istifadə bacarığı;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Yeni bilik və bacarıqları öyrənməyə həvəsli olmaq;
Komandada işləmək bacarığı.


İş şəraiti:
İş yeri: Ofis daxili
İş qrafiki: Bazar ertəsi – Şənbə
İş saatı: 09:00 – 18:00
İstirahət günü: Həftədə 1 gün

Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun müəyyən edilir.

Maraqlanan namizədlər CV-lərini qeyd olunan mail adresinə "Sayt Kontent Mütəxəssisi" başlığı ilə göndərə bilərlər.

Oxşar vakansiyalar