A

AzerFloat

Son tarix: 19 İyul 2026

Sənaye qazları istehsalı üzrə operator

İstehsalatSumqayıtTam Ştat19 İyun 202666

Müsahibə əsasında

Vakansiya haqqında

İş yeri: Azerfloat QSC/ Sumqayıt Kimya Sənaye Parkı

Vəzifə və Öhdəlikləri: 

  • Azot istehsalı stansiyasının (ASU) texnoloji rejimə uyğun idarə edilməsi, proses parametirlərinin davamlı izlənilməsi və avadanlıqların stabil iş rejiminin təmin edilməsi
  • Hidrogen istehsalı avadanlıqlarında temperatur, təzyiq, sərfiyyat və digər texnoloji parametirlərin mütəmadi monitorinqi, yaranan nasazlıqların operativ aşkar edilərək aradan qaldırılması
  • Kompressor stansiyasının təhlükəsiz və fasiləsiz işinin təmin olunması, kompressor və köməkçi avadanlıqların iş rejiminə nəzarət edilməsi
  • Soyutma su stansiyasında su analizlərinin aparılması, analiz nəticələrinə uyğun olaraq tələb olunan kimyəvi reagentlərin dozalanması və su kimyasının nəzarətdə saxlanılması
  • SO₂ stansiyasında qaz axınının və texnoloji parametirlərin tənzimlənməsi, normal əməliyyat rejiminin qorunub saxlanılması
  • DCS/SCADA və sahə avadanlıqları vasitəsilə proses göstəricilərinin izlənilməsi və qeydiyyatının aparılması
  • Təhlükəsizlik, əməyin mühafizəsi və istehsalat prosedurlarına uyğun fəaliyyət göstərilməsi
  • Avadanlıqlarda yaranan nasazlıqlar barədə aidiyyəti şöbələrə məlumat verilməsi və texniki heyətlə koordinasiyalı işin təşkili
  • Növbə jurnallarının və əməliyyat hesabatlarının düzgün aparılması

Namizəd üçün tələblər:

  • Peşə ixtisası və ya ali texniki təhsil (Kimya mühəndisliyi,Neft-qaz avadanlıqları, Mexanika, Sənaye mühəndisliyi)
  • İstehsalat və ya sənaye avadanlıqlarının istismarı sahəsində 1-3 il iş təcrübəsi
  • Texnoloji parametrlərin (temperatur, təzyiq, sərfiyyat və s.) izlənilməsi bacarığı;
  • DCS/SCADA və ya digər idarəetmə sistemləri ilə işləmək bacarığı;
  • Avadanlıqlarda yaranan nasazlıqların aşkar edilməsi və məlumatlandırılması bacarığı;
  • Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi qaydalarını bilmək;
  • Məsuliyyətli olmaq və növbəli iş rejimində işləmək bacarığı.

İş şəraiti: 

  • İş qrafiki: növbəli;
  • İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
  • Nahar əvəzi əlavə ödəniş verilir;
  • Tibbi sığorta;
  • Servis;
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Sənaye qazları istehsalı üzrə operator” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar