İKMA Azərbaycan
Sənəd Dövriyyəsi üzrə Mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Servis departamentinin sənəd dövriyyəsinin (aktlar, invoyslar, texniki sənədlər və lift pasportları) düzgün, vaxtında və nizamlı şəkildə idarə olunmasını təmin etmək; müştəri və daxili şöbələr arasında sənəd axınına nəzarət etməklə xidmət proseslərinin şəffaflığını və izlənilə bilənliyini artırmaq.
Aktların dövriyyəsinə nəzarət
- Görülən işlər (texniki xidmət, təmir, montaj) üzrə aktların vaxtında hazırlanmasını təmin etmək və müştərilərə göndərilməsini izləmək.
- Müştərilər tərəfindən imzalanmış aktların toplanması, qeydiyyatı və uçotunun aparılması.
- İmzalanmamış və ya geri qaytarılmamış aktların izlənməsi, müvafiq şöbələr və müştərilərlə əlaqələndirilməsi.
- Aktların elektron və fiziki arxivləşdirilməsi, tələb olunduqda operativ təqdim edilməsi.
İnvoysların vaxtında müştəriyə təqdim olunması
- Görülən işlər əsasında invoysların hazırlanması üçün maliyyə/mühasibatlıq şöbəsi ilə koordinasiya.
- İnvoysların müştərilərə vaxtında təqdim edilməsi və çatdırılmanın qeydiyyata alınması.
- İnvoys reyestrinin aparılması, ödəniş müddətlərinin izlənməsi və gecikmələr barədə aidiyyatı şöbələrin məlumatlandırılması.
- Müştəri sorğularına invoys və hesablaşma sənədləri ilə bağlı operativ cavab verilməsi.
Lift pasportlarının sistemə daxil edilməsi
- Yeni quraşdırılan və xidmət göstərilən lift/eskalatorların pasport məlumatlarının sistemə daxil edilməsi və aktual saxlanması.
- Texniki sənədlərin (sertifikatlar, zəmanət və uyğunluq sənədləri) sistemdə düzgün qeydiyyatı.
- Pasport və avadanlıq məlumatlarının doğruluğunun yoxlanması, uyğunsuzluqların texniki komanda ilə həlli.
Ümumi sənəd və hesabat işləri
- Servis müqavilələrinin qeydiyyatı, müddətlərinin izlənməsi və yenilənmə barədə xəbərdarlıq.
- Həftəlik/aylıq sənəd dövriyyəsi, invoys hazırlanması.
- Sənəd nümunələrinin (şablonların) standartlaşdırılması və vahid arxiv sisteminin qorunması.
- Servis komandası, maliyyə və satış şöbələri ilə sənəd axını üzrə koordinasiya.
Tələblər
Təhsil və təcrübə
- Ali təhsil (texniki, iqtisadiyyat, biznesin idarə edilməsi, sənəd idarəçiliyi və ya əlaqəli sahə üzrə üstünlükdür).
- Sənəd dövriyyəsi, inzibati və ya servis/əməliyyat sahəsində minimum 1–2 il iş təcrübəsi.
Bilik və bacarıqlar
- MS Office (xüsusilə Excel və Word) proqramlarında yüksək səviyyədə bilik.
- ERP və ya sənəd idarəetmə sistemləri ilə işləmə bacarığı.
- Azərbaycan dili — səlis; rus və/və ya ingilis dili biliyi üstünlükdür.
- Sənədlərlə dəqiq, sistemli və vaxtında işləmə vərdişi.
Şəxsi keyfiyyətlər
- Yüksək diqqətlilik, dəqiqlik və detallara həssaslıq.
- Məsuliyyət, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarığı.
- Komanda ilə səmərəli ünsiyyət və koordinasiya qabiliyyəti.
- Konfidensiallığa riayət və nizam-intizam.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
Uçot əməliyyatları üzrə mühasib
OBA marketlər şəbəkəsi • Bakı
Audit Manager
PASHA Holding • Bakı
Ödəniş sistemlərinin idarəedilməsi departamenti / Müştəri sorğuları və filiallara dəstək bölməsi / mütəxəssis
Express Bank • Bakı
Mühasib (Təcrübəçi)
AGA Group • Bakı
Bakı filialları üçün təcrübəli kredit mütəxəssisi
GL ASC • Bakı
Pərakəndə Lizinq Meneceri (Göyçay filialı)
Prior Leasing • Göyçay