A

Azimut LLC

Son tarix: 21 Sentyabr 2026

Sənədlər üzrə koordinator

Logistika və TəchizatBakıTam Ştat21 Avqust 202681

Müsahibə əsasında

Vakansiya haqqında

Öhdəliklər

  • Daxil olan bütün alış, satış və digər sənədlərin qeydiyyatı, skan olunması, sistemə müvafiq yerlərə yerləşdirilməsi. Göndərilən sənədlərin göndərişinin və müvafiq tərəfdaşın müvafiq əməkdaşına nöqtə çatdırılmasının təşkili, geri göndərilən sənədin eyni qaydada qaytarılmasına nəzarət,  
  • [email protected]  email ünvanı üzərindən daxil olan elektron müraciət və sorğu/təkliflərə gündəlik nəzarət,
  • Daxil olan telefon zənglərinin cavablandırılması və yönləndirilməsi,
  • Lokal satınalma mütəxəssislərinin razılaşdırdığı sifarişlər üzrə bütün inzibati və sənəd dövriyyəsi işlərini icra etmək,
  • Satınalma sifarişlərini, mal qəbullarını, qiymətləri, nomenklaturanı və təchizatçı məlumatlarını 1C/ERP sisteminə vaxtında və düzgün daxil etmək,
  • Təchizatçılardan e-qaimə, hesab-faktura, müqavilə, təhvil-təslim aktı, qaimə, sertifikat və digər tələb olunan sənədləri almaq, çatışmayan sənədləri izləmək,
  • Təchizatçı sənədlərini sifariş, qəbul edilmiş mal, qiymət, say və şərtlərlə qarşılaşdırmaq; uyğunsuzluqları aidiyyəti şəxslərə bildirmək.

Tələblər

  • 1C proqramında satınalma, anbar və ilkin mühasibat sənədləri ilə minimum 2 il iş təcrübəsi (mütləq tələbdir),
  • Satınalma, təchizat, mühasibatlıq və ya əməliyyat dəstəyi sahəsində iş təcrübəsi,
  • Elektron qaimə, hesab-faktura, təhvil-təslim aktı, müqavilə, sifariş və ödəniş sənədləri ilə işləmə bacarığı,
  • MS Excel və ofis proqramlarında sərbəst işləmək,
  • Azərbaycan dilində səlis yazılı və şifahi kommunikasiya; rus dili arzuolunandır,
  • Detallara diqqət, sənədləri sistemləşdirmək və son tarixlərə nəzarət bacarığı,

İş şəraiti:

  • Əmək haqqı namizədin təcrübə və bacarıqlarına uyğun olaraq müsahibə əsasında müəyyən olunur. Aralıq 500-800 AZN NET
  • İş vaxtı: həftədə 5 gün, 09:00–18:00; əmək münasibətləri tam rəsmi qaydada rəsmiləşdirilir.

İş yeri: Lermontov küçəsi 3, Nazirlər Kabinetinin yaxınlığı –

CV-nizi mövzu hissəsində “DocControl” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

Qeyd - Qadın namizədlərin müraciəti xüsusilə təşviq olunur.

Oxşar vakansiyalar