P

Predsol

Son tarix: 19 Sentyabr 2026

Senior Backend Developer (Node.js/TypeScript)

İnformasiya TexnologiyalarıBakıTam Ştat19 Avqust 202665

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə təsviri:

  • Backend API-lərin, biznes məntiqinin, verilənlər bazası qatının və xarici sistem inteqrasiyalarının stabil, sınaqdan keçirilmiş və sənədləşdirilmiş şəkildə inkişafı və refaktorinqı.

Öhdəliklər:

  • Express + TypeScript əsaslı API-lərin hazırlanması və mövcud backend kodun refaktorinqı
  • PostgreSQL sxemləri, sorğular, miqrasiyalar və performans optimizasiyası
  • Xarici sistemlərlə inteqrasiya; bulk sinxronizasiya, retry məntiqi, idempotent iş axınları
  • Rol əsaslı giriş nəzarəti (RBAC), domen rolları, təhlükəsiz endpoint-lər
  • Foto/OCR/fayl axınlarının işlənməsi, fayl yükləmə, Excel/CSV export funksionallığı
  • Daxili köməkçi skriptlərin məhsula (admin funksiya və ya API) çevrilməsi
  • Unit/integration testlərin yazılması, PR review, buraxılışa hazırlıq.

Tələblər:

  • 3+ il backend təcrübəsi (Node.js/TypeScript və ya güclü oxşar runtime)
  • PostgreSQL, mürəkkəb SQL, tranzaksiya və indeksləşmə təcrübəsi
  • Xarici sistem inteqrasiyası, error handling, loglama üzrə təcrübə
  • Mövcud kod bazasında davranışı qoruyaraq refaktor etmək bacarığı
  • AI alətləri ilə işə açıq olmaq

Üstünlük təşkil edən keyfiyyətlər:

  • Sahə əməliyyatları, kommunal xidmətlər, telekom və ya GIS sahəsində təcrübə
  • Offline mobil backend, multipart upload, job queue təcrübəsi
  • Anthropic/LLM API-ləri, OCR pipeline dəstəyi təcrübəsi

Dil bilikləri:

  • Komanda daxilində effektiv ünsiyyət üçün Azərbaycan dili biliyi;
  • Texniki sənədləşmə və kodlaşdırma işlərinin aparılması üçün ingilis dili biliyi;
  • Rus dili biliyi üstünlük hesab olunur.

Əlavə Məlumat:

  • Servis şirkət tərəfindən təmin olunur.
  • İş saatları: həftənin 5 günü, 08:00–17:00.

Tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV-lərini “Senior Backend Developer” başlıqı ilə göndərsin. 

Oxşar vakansiyalar