S

Superfon

Son tarix: 10 İyul 2026

Senior Key Account Manager

Marketinq və SatışBakıTam Ştat10 İyun 202670

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifənin məqsədi: 

  • Şirkətin strateji müştəriləri ilə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, satış həcmlərinin və gəlirliliyin artırılmasını təmin etmək, əsas müştərilər üzrə biznes imkanlarını genişləndirmək və şirkətin kommersiya hədəflərinə nail olunmasına töhfə vermək.

Vəzifə öhdəlikləri:

  • Strateji və əsas müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək;
  • Müştəri portfeli üzrə satış hədəflərinin (KPI) yerinə yetirilməsini təmin etmək;
  • Müştərilər üzrə illik, rüblük və aylıq satış planları və proqnozları hazırlamaq;
  • Mövcud müştərilər üzrə satış göstəricilərini təhlil etmək və satışların artırılması üçün təşəbbüslər irəli sürmək;
  • Mövcud müştəri portfelində yeni biznes imkanlarını müəyyən etmək və inkişaf etdirmək;
  • Yeni strateji müştərilərin cəlb olunması istiqamətində fəaliyyət göstərmək;
  • Müştərilər üçün fərdi kommersiya təklifləri, qiymət modelləri və əməkdaşlıq şərtləri hazırlamaq;
  • Müştərilərlə müqavilələrin hazırlanması, razılaşdırılması və icrasına nəzarət etmək;
  • Bazar, rəqiblər və satış kanalları üzrə araşdırmalar aparmaq;
  • Məhsulların rəf mövcudluğunu, qiymət uyğunluğunu və promosiya fəaliyyətlərinin icrasını izləmək;
  • Müştəri məmnuniyyətinin təmin olunması və yaranan problemlərin operativ həlli istiqamətində tədbirlər görmək;
  • Satış fəaliyyəti üzrə dövri hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər:

  • Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə);
  • Key Account Management, B2B satış və ya korporativ satış sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Strateji müştərilərlə danışıqların aparılması və münasibətlərin idarə olunması üzrə təcrübə;
  • MS Office proqramları üzrə yaxşı biliklər, xüsusilə MS Excel (Pivot Table, VLOOKUP və s.);
  • Satış planlaşdırılması, kommersiya danışıqları və müqavilələrin idarə olunması üzrə biliklər;
  • Satış göstəricilərinin təhlili və hesabatların hazırlanması bacarığı;
  • Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarıqları;
  • Analitik düşüncə və nəticəyönümlülük;
  • Stressə davamlılıq və operativ qərarvermə bacarığı;
  • Komanda ilə işləmək və əlaqələri effektiv idarə etmək bacarığı;
  • Məsuliyyətlilik, diqqətlilik və operativlik;
  • Azərbaycan dili üzrə sərbəst bilik, Rus dili (B2) və İngilis dili üzrə işgüzar səviyyədə bilik üstünlük hesab olunur;
  • Ezamiyyət və region səfərlərində iştirak etməyə hazır olmaq.

Təminatlar:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və motivasiya sistemi;
  • Dinamik və peşəkar iş mühiti;
  • Peşəkar və karyera inkişafı imkanları;
  • Korporativ mobil nömrə və danışıq limiti;
  • Şirkətdaxili təlim və inkişaf proqramlarında iştirak imkanı.

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Senior Key Account Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.

Oxşar vakansiyalar