Baku Design Academy
Senior Project Manager
Müsahibə əsasında
Vakansiya haqqında
BDA – Azərbaycanın aparıcı yaradıcı təhsil mərkəzidir. Beynəlxalq standartlarda peşə təhsili və beynəlxalq sertifikasiyalar (Adobe, Microsoft, Autodesk, Cisco, PMI və s.) təqdim edir. Ölkədən qlobal yarışlarda potensiallı namizədlərin iştirakını təmin edir və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına dəstək olur.
Yerli istedadların qlobal səhnədə tanınmasına şərait yaradır, beynəlxalq yarışlar və tədbirlər təşkil edir.
Bu rolda əsas məqsəd şirkətin yerli və beynəlxalq layihələrinin 0-dan planlanması, tərəfdaşlar və vendorlarla kommunikasiyanın qurulması və layihənin bütün mərhələlərinin koordinasiya edilərək nəticəyə çatdırılmasıdır.
Biz məqsədi anlayıb layihənin planını müstəqil şəkildə qura bilən, fərqli tərəflərlə güclü kommunikasiya aparan və prosesi başdan sona idarə edə bilən Senior Project Manager axtarırıq.
Əsas vəzifələr:
- Yerli və beynəlxalq layihələrin 0-dan planlanması, fəaliyyət planı və timeline-ın hazırlanması və icrasının idarə edilməsi;
- Dövlət qurumları, universitetlər, məktəblər, korporativ tərəfdaşlar və digər stakeholder-lərlə professional kommunikasiyanın və danışıqların aparılması;
- Xarici partnyor və vendorlarla ingilis dilində yazılı və şifahi kommunikasiyanın, görüş və danışıqların aparılması;
- Vendorların araşdırılması, seçilməsi, təklif və əməkdaşlıq şərtlərinin müzakirəsi;
- Tədbirlərin 0-dan təşkili və venue, qonaqlar, tərəfdaşlar, materiallar və digər təşkilati proseslərin koordinasiyası;
- Layihədə iştirak edən daxili komandalar və xarici tərəflər arasında işin koordinasiyası və əsas action point-lərin izlənilməsi;
- Layihə zamanı yarana biləcək risk və problemlərin vaxtında müəyyənləşdirilməsi, həll variantlarının hazırlanması və operativ idarə edilməsi;
- Yeni vendor, tərəfdaş və əməkdaşlıq imkanlarının proaktiv araşdırılması və layihələrin müəyyən edilmiş vaxt və keyfiyyət çərçivəsində nəticəyə çatdırılması.
Namizəddən gözləntilərimiz:
- Project Management, Partnerships, Event Management, Corporate Relations və ya əlaqəli istiqamətlərdə minimum 4 il relevant iş təcrübəsi, bunun ən az 2 ili layihələrin müstəqil idarə edilməsi üzrə;
- Güclü şifahi və yazılı kommunikasiya, danışıqlar aparmaq və fərqli tərəflərlə professional münasibət qurmaq bacarığı;
- Layihəni 0-dan planlamaq, strukturlaşdırmaq, eyni anda bir neçə tərəf və prosesi koordinasiya edərək sona qədər idarə etmək bacarığı;
- Dövlət qurumları, korporativ şirkətlər, universitetlər, məktəblər və ya digər institusional tərəfdaşlarla iş təcrübəsinin olması üstünlükdür;
- Vendorlarla işləmək, təklifləri qiymətləndirmək və əməkdaşlıq şərtlərini müzakirə etmək bacarığı;
- Minimum C1 səviyyəsində ingilis dili — xarici partnyorlarla görüş və danışıqları sərbəst aparmaq, professional yazışma və təqdimatları idarə edə biləcək səviyyədə;
- Azərbaycan biznes və institusional mühiti haqqında ümumi bazar anlayışı;
- Güclü problem-solving, təşəbbüskarlıq və operativ qərarvermə bacarığı - yaranan problemlər üçün həll variantları tapmaq və növbəti addımları müstəqil müəyyənləşdirmək;
- Yüksək məsuliyyət, sürətli icra, detallara diqqət və iş prosesində şəffaflıq.
Bu rolda bizə sadəcə project task-larını izləyən mütəxəssis deyil, insanlarla güclü münasibət qura bilən, fərqli tərəfləri eyni masa ətrafında koordinasiya edən və bir layihəni ideyadan real nəticəyə qədər özü apara bilən senior project professional lazımdır.
Maraqlanan namizədlərdən CV-lərini və idarə etdikləri 1–2 layihənin qısa təsvirini (konkret rolu, təsir göstərdiyi əsas göstəricilər və əldə olunan nəticələr) “Senior Project Manager| Ad Soyad” mövzu başlığı ilə, həmçinin arzu etdikləri əmək haqqı aralığını (minimum və maksimum məbləğ) qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiyalar
Xadimə
Estet • Bakı
Nəzarətçi (Məhəmmədli)
Azza Gastronom • Bakı
Məlumat meneceri
Böyük Transmilli Holding Tiens Şirkəti • Bakı
Ofis meneceri
Global Study Xaricdə təhsil • Bakı
Xadimə
Khazar University Dunya IB School • Bakı
Administrator / Reception
Glodemia • Bakı