İ
İKMA Azərbaycan
Servis Satışı üzrə Mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Vəzifənin məqsədi
- Mövcud müştəri portfelinin saxlanılması və genişləndirilməsi, yeni servis müqavilələrinin bağlanması, habelə modernizasiya və təmir həllərinin B2B seqmentə satışı yolu ilə departamentin gəlir hədəflərinə nail olunması.
Əsas vəzifə öhdəlikləri
- Yeni servis müqavilələri üzrə satış hədəflərinin icrası (biznes mərkəzləri, ticarət mərkəzləri, otellər, xəstəxanalar, yaşayış kompleksləri, sənaye obyektləri)
- Mövcud müştəri portfelinin idarə edilməsi, müqavilə yenilənmələrinin (renewal) təmin edilməsi və müqavilədən imtina hallarının (cancellation) minimuma endirilməsi
- İtirilmiş müştərilərin geri qazanılması üzrə hədəfli iş aparılması
- Bazarın araşdırılması, potensial müştərilərin müəyyən edilməsi və satış boru xəttinin (pipeline) formalaşdırılması
- Obyektlərə səfərlər, texniki auditlərin təşkili və müştəri ehtiyaclarının müəyyənləşdirilməsi
- Texniki departamentlə birgə qiymət təkliflərinin, təmir və modernizasiya smetalarının hazırlanması və təqdim edilməsi
- Danışıqların aparılması, müqavilə şərtlərinin razılaşdırılması və imzalanma prosesinin idarə olunması
- Tender və satınalma proseslərində iştirak, sənəd paketinin hazırlanması
- CRM sistemində bütün müştəri təmaslarının, təkliflərin və satış mərhələlərinin vaxtında qeydiyyatı
- Debitor borclarının izlənilməsi məsələsində maliyyə departamenti ilə əməkdaşlıq
- Həftəlik/aylıq satış hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi
Namizədə tələblər
Təhsil və təcrübə
- Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, İqtisadiyyat və ya Mühəndislik sahələri üzrə üstünlükdür)
- B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
- Texniki məhsul və ya xidmət satışı üzrə təcrübə böyük üstünlükdür
- Uzunmüddətli xidmət müqavilələrinin satışı üzrə təcrübə arzuolunandır
Bilik və bacarıqlar
- Satış dövrünün bütün mərhələlərini müstəqil idarə etmək bacarığı
- Danışıqlar aparma və qiymət müdafiəsi bacarığı
- Texniki məlumatları müştəri üçün anlaşılan dilə çevirmək qabiliyyəti
- MS Office proqramları üzrə yaxşı bilik (xüsusilə Excel və PowerPoint)
- CRM sistemləri ilə iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili — sərbəst; ingilis dili — iş güzar səviyyə; rus dili üstünlükdür
- B kateqoriyalı sürücülük vəsiqəsi və aktiv sürücülük təcrübəsi
Şəxsi keyfiyyətlər
- Nəticəyönümlülük və hədəflərlə işləmə bacarığı
- Güclü kommunikasiya və təqdimat bacarıqları
- Müstəqil qərar vermə və məsuliyyət hissi
- Analitik düşüncə və detallara diqqət
- Komandada işləmə bacarığı
Şirkətin təklifləri
- Əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi
- Korporativ mobil nömrə və noutbuk
- İş səfərləri üzrə xərclərin ödənilməsi
- Peşəkar komanda və karyera inkişafı perspektivi
- Könüllü Tibbi Sığorta
- Parking və xidməti maşın
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Oxşar vakansiyalar
X
Bugün
Satış təmsilçisi
Xurcun Chain of Boutiques • Bakı
Tam Ştat
700 ₼Müraciət et
S
Bugün
Sosial media meneceri
stroymarket.az • Bakı
Tam Ştat
700 ₼Müraciət et
S
Bugün
Satış mütəxəssisi
Sərdar İsmayılov və Partnyorları Hüquq Şirkəti • Bakı
Tam Ştat
500 ₼Müraciət et
P
Bugün
PR Menecer
Premium ACADEMY • Bakı
Tam Ştat
—Müraciət et
P
Bugün
Mağaza satıcısı
penal məktəb və ofis ləvazimatları • Bakı
Tam Ştat
500 ₼Müraciət et
Y
Bugün
SMM / Satış Mütəxəssisi axtarılır!
Yelo Toys • Bakı
Tam Ştat
700 ₼Müraciət et