L

Libraff

Son tarix: 4 Oktyabr 2026

SƏTƏM mütəxəssisi

İnşaat və MemarlıqBakıTam Ştat4 Sentyabr 202627

Müsahibə əsasında

Vakansiya haqqında

Şirkətimizdə SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya açıqdır.

Əsas vəzifələr:

  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • İş yerlərində təhlükəsizlik üzrə monitorinqlər aparmaq;
  • Mövcud riskləri müəyyən etmək və onların qarşısının alınması üzrə tədbirlər hazırlamaq;
  • SƏTƏM üzrə təlim və təlimatlandırmaları təşkil etmək;
  • Hadisələrin və təhlükəli halların araşdırılmasında iştirak etmək;
  • Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə sənədləşməni aparmaq;
  • Aşkarlanmış uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
  • Rəhbərliyə müvafiq hesabatlar təqdim etmək.

Namizədə tələblər:

  • SƏTƏM, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ya uyğun sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə biliklər;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Komandada işləmək bacarığı.

CV-nizi mövzu hissəsində “SƏTƏM üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar