Müsahibə əsasında
Vakansiya haqqında
"Lallemand" Qrupuna daxil olan "AZERMAYA" MMC Azərbaycanda çörəkçilik mayasının yeganə istehsalçısı və regional qida sənayesinə mühüm töhfə verən müəssisədir. Yerli təcrübəni "Lallemand"ın qlobal bilik və bacarıqları ilə birləşdirən şirkət, beynəlxalq standartlara cavab vermək məqsədilə həm ixrac coğrafiyasını genişləndirməyə, həm də istehsalat müəssisələrini modernləşdirməyə davam edir.
Tələblər
- Xarici dil bilikləri: İngilis dili danışıq səviyyəsində
- Təhsili: Ali
- Hansı iş stajına (səriştəyə) malik şəxslərə üstünlük verilir? 2-3 illik qida istehsalat təcrübəsi
Bu vəzifədə əsas öhdəliklər:
- Beynəlxalq Əməyin və Təhlükəsizlik İdarəetmə standartlarının (OHSAS) tələblərini təmin etmək;
- İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizliyinə nəzarət etməlidir;
- İstehsalatda zədələnmə səbəblərinin analizı və qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata keçirilməsini təşkil etməlidir;
- İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməlidir;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətin yoxlanılmasında iştirak etməlidir;
- Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməlidir;
- İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməlidir;
- Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında və attestasiya komissiyasının işində iştirak etməlidir;
- Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etməlidir;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməlidir;
- İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmalı və lazımi ölçülər götürməlidir;
- SƏTƏM üzrə menecer mövcud forma və qaydalara uyğun olaraq hesabat aparmalıdır;
SƏTƏM üzrə menecer nəzarət etməlidir:
- sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin aparılmasına;
- əməyin mühafizəsi üçün norma, qayda və təlimatların yerinə yetirilməsinə;
- səs-küyün səviyyəsinin, titrəmənin, çirklənmənin, tozlanmanın, işıqlanmanın, temperaturun, nəmişliyin və başqa istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
- aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
- qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
- iş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasına;
- işçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə;
- istehsalatda bədbəxt hadisələrin uçotuna və araşdırılmasına;
- işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vəsaitələrinin və digər vasitələrin qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə;
- xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə.
Aşağıdakıları bilməlidir:
- Beynəlxalq Əməyin və Təhlükəsizlik İdarəetmə standartlarının (OHSAS) tələblərini;
- Fəaliyyəti ilə bağlı olan Azərbaycan Respublikasının qanunvericiliyini;
- “AZERMAYA” MMC-nin fəaliyyətini nizamlayan hüquqi və normativ sənədləri;
- Fəaliyyətinə aidiyyəti olan normativ və metodiki materialları;
- “AZERMAYA” MMC-nin strukturunun ixtisaslaşdırılmasını və xüsusiyyətini;
- Daxili nizam-intizam qaydalarını;
- Qida təhlükəsizliyinin idarəetmə sisteminin siyasəti və məqsədləri;
- Keyfiyyət idarəetmə siyasəti və məqsədləri;
- Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin əsasları.
Əlavə məlumatlar:
- İş rejimi 5 günlük (08:00-dan 17:00-dək), şənbə, bazar istirahət günləri
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 69 M
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar
Layihə Rəhbəri (İT İnfrastruktur)
Bestcomp Group
Mətbəə köməkçisi
Global Print
Ofis Administratoru
İKMA Azərbaycan
Reporting Specialist
Baku Shipyard LLC
Qeydiyyatçı-mühafizəçi
Holiday Inn Baku Hotel
Xadimə
Company
