F
Facility Management Group
SƏTƏMM üzrə aparıcı mütəxəssis
Müsahibə əsasında
Vakansiya haqqında
Şirkətimiz iş yerlərində təhlükəsiz əmək şəraitinin təmin edilməsini həyata keçirəcək SƏTƏMM üzrə aparıcı mütəxəssis axtarır. Namizəd əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit üzrə tələblərə riayət olunmasına nəzarət edəcək, risklərin qiymətləndirilməsi və profilaktik tədbirlərin həyata keçirilməsində iştirak edəcək.
Vəzifə öhdəlikləri
- İş yerlərində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək;
- Riskləri müəyyənləşdirmək, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması üçün profilaktik tədbirlər hazırlamaq və icrasını təmin etmək;
- İş yerlərinin sanitar-texniki vəziyyətinin, bina və qurğuların, avadanlıqların, ventilyasiya sistemlərinin və mühafizə vasitələrinin normativ tələblərə uyğunluğunu yoxlamaq;
- Təxliyyə planlarının hazırlanmasında iştirak etmək və əməkdaşlar üçün təhlükəsizlik üzrə təlimatlandırma aparmaq;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydaları üzrə təlimlərin təşkili və əməkdaşların biliklərinin qiymətləndirilməsində iştirak etmək;
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, risk mənbələrini müəyyənləşdirmək və aradan qaldırılması üzrə təkliflər vermək;
- İş şəraitinin və avadanlıqların qanunvericiliyin və normativ tələblərin tələblərinə uyğunluğunu qiymətləndirmək;
- Fəaliyyəti üzrə müntəzəm hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Tələblər
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik, mühəndislik və ya digər uyğun sahə üzrə ali təhsil;
- SƏTƏMM sahəsində minimum 3 il iş təcrübəsi (tikinti sahəsində iş təcrübəsi üstünlükdür);
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, SƏTƏMM üzrə normativ hüquqi aktlar və müvafiq standartlar üzrə biliklər;
- Risklərin qiymətləndirilməsi, təhlükəsizlik auditləri və hadisələrin araşdırılması üzrə praktiki biliklər;
- Təlim keçmək, təqdimat hazırlamaq və hesabat tərtib etmək bacarığı;
- Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint) işləmək bacarığı;
- Azərbaycan dilində sərbəst, rus və ingilis dili biliyi üstünlükdür;
- Analitik düşüncə, məsuliyyətlilik, yüksək təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- "Dəyərlisən" PAŞA loyallıq proqramına üzvlük
- Geniş təminatlı tibbi sığorta
- Rəqabətli əməkhaqqı və bonus sistemi
- Peşəkar inkişaf imkanları və müvafiq sertifikatların əldə olunmasına dəstək
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
K
Bugün
Fəhlə
Kontakt Home • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Lift və Eskalatorların Təmiri üzrə Mütəxəssis
AzParking MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
K
Bugün
Fəhlə (Qəbələ anbarı)
Kontakt Home • Qəbələ
Tam Ştat
550 ₼Müraciət et
L
Dünən
Zəif axın sistemləri üzrə texnik
LOGİGROUP • Bakı
Tam Ştat
750 ₼Müraciət et
R
Dünən
Bina komendantı
Road And Construction • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
R
Dünən
Dəniz İşçiləri (Marine Labors)
Rapid Solutions • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et