P

PASHA Life

Son tarix: 30 May 2026

Sığorta hadisələri şöbəsinin kiçik mütəxəssisi

Maliyyə və MühasibatlıqBakıTam Ştat21 May 2026235

Müsahibə əsasında

Vakansiya haqqında

Hüquq, müştəri əməliyyatları və sığorta hadisələri departamenti, Sığorta hadisələri şöbəsi

Vəzifə Öhdəlikləri:

  • Sığorta hadisəsi hesab edilə bilən hal və ya hadisələrin ətraflı şəkildə araşdırılması və qanunvericiliyə, həmçinin şirkətin maraqlarına uyğun olaraq tənzimlənməsi;
  • Daxil olan hadisələrin müvafiq platformalar üzərindən qəbulu və qeydiyyatının aparılması;
  • Daxil olan hadisələrin qanunvericiliyə uyğun qaydada arxivləşdirilməsi (fiziki və elektron arxiv qovluqlarının yaradılması);
  • Baş verən hadisə ilə bağlı ehtiyac olduqda ailə üzvləri, zərərçəkmişlər, yaxınlar və digər üçüncü şəxslərlə əlaqə yaradılması;
  • Hadisələrin araşdırılması ilə bağlı müvafiq araşdırma məktublarının hazırlanması;
  • Hadisələrin tənzimlənməsi zamanı vətəndaş hüquqlarının və müştəri məmnuniyyətinin qorunmasının təmin edilməsi;
  • Həyat sığortası növü üzrə müddətin sonuna qədər yaşam və ölüm hadisələrinin tənzimlənməsi zamanı kreditin olub-olmaması ilə bağlı banka sorğuların göndərilməsi;
  • Hadisələrin tənzimlənməsi zamanı mübahisəli məqamlar yarandıqda müvafiq tərəflərlə (şöbə müdiri, departament direktoru, Korporativ hüquq nümayəndələri və İdarə Heyətinin üzvləri) müzakirələrin aparılması;
  • Sığorta hadisələri üzrə ödəniş aktlarının sığorta müqaviləsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla tərtib edilməsi, ödəniş məbləğlərinin düzgün hesablanması və sənədlərin şirkət daxili müvafiq təsdiqləmə pillələrindən keçirilməsinin təmin edilməsi;
  • Baş vermiş hadisələr üzrə imtina məktublarının sığorta müqaviləsi və qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırlanması, imtinaların əsaslandırılmış şəkildə aparılması və sənədlərin şirkət  daxili təsdiqləmə prosesindən keçirilməsinin təmin edilməsi;
  • Hadisələr və ödənişlər üzrə uçotun aparılması və müvafiq hesabatların hazırlanması;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Sahə üzrə iş təcrübəsi tələb olunmur.
  • Təhsili: İqtisadiyyat, idarəetmə və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi tələb olunur.
  • Dil bilikləri: İngilis dili:orta , Rus dili:orta , Azərbaycan dili:əla.
  • Üstünlüklər: Sığorta sahəsində iş təcrübəsinin olması üstünlükdür.
  • Kompüter bilikləri: MS Office:orta.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və geniş perspektiv, zamanın idarəolunması, planlaşdırma.

Biz nə təklif edirik:

  • Tibbi sığorta (Əməkdaşın və ailə üzvlərinin) geniş sığorta paketləri;
  • Korporativ Həyat Sığortası: Kritik xəstəliklərdən sizi təminat altına alan sığorta növü;
  • Fərdi inkişaf planı çərçivəsində təlim imkanları;
  • Ödənişsiz dayanacaq imkanının təmin olunması;
  • “Dəyərlisən” platforması vasitəsilə təqdim olunan güzəşt və endirim imkanları;
  • İdman və sağlamlıq xidmətlərindən istifadə imkanları

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Oxşar vakansiyalar