Sığortalı.az
Sığorta üzrə Mütəxəssis
400 ₼
Vakansiya haqqında
Sığorta üzrə Satış və Sosial Media Mütəxəssisi
Komandamıza satış yönümlü, çevik, həvəsli və inkişaf etməyə açıq xanım əməkdaş axtarırıq!
Əgər insanlarla ünsiyyət qurmağı, sosial mediadan aktiv istifadə etməyi və satış sahəsində özünüzü inkişaf etdirməyi sevirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr
- Sığorta məhsullarının müştərilərə təqdim edilməsi və satışının həyata keçirilməsi;
- Sosial media platformalarından daxil olan müştəri sorğularının operativ şəkildə cavablandırılması;
- Potensial müştərilərlə yazılı və şifahi ünsiyyətin qurulması;
- Sosial media üzərindən satış prosesinin həyata keçirilməsi;
- Müştərilərin ehtiyaclarını müəyyənləşdirərək uyğun sığorta məhsullarının təklif edilməsi;
- Satış nəticələrinin artırılması və müştəri bazasının inkişaf etdirilməsi;
- Sosial media üçün cəlbedici mətnlərin hazırlanması;
- Kopiraytinq bacarığından istifadə edərək müştərilərin diqqətini cəlb edən məzmunların hazırlanması.
Namizədə tələblər
- Xanım namizəd;
- Ali təhsil;
- Riyazi biliklər və rəqəmlərlə işləmə bacarığı;
- Kompüter bilikləri;
- Kompüterdə sürətli və çevik işləmək bacarığı;
- Sosial media platformalarından aktiv istifadə;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Satış yönümlü düşüncə;
- Komanda ilə işləmək bacarığı.
Kimləri axtarırıq?
Sürətli, enerjili, həvəsli, bacarıqlı və nəticə yönümlü xanım komanda yoldaşı axtarırıq.
Əgər sosial mediadan aktiv istifadə edir, insanlarla rahat ünsiyyət qurur, satış sahəsinə maraq göstərir və özünüzü inkişaf etdirməyə həvəslisinizsə, sizi komandamıza qoşulmağa dəvət edirik!
Oxşar vakansiyalar
Resepşn / Kassir – Sənədləşmə üzrə əməkdaş
"XİNJİANG ZHONGSHİ AİRUİDE TRADİNG CO., LTD" ŞİRKƏTİNİN AZƏRBAYCAN RESPUBLİKASINDAKI FİLİALI • Abşeron
Satış mütəxəssisi
Admiral-inşaat • Bakı
Texniki işlər üzrə satış mütəxəssisi
Alumin MMC • Bakı
Satış Meneceri
Evo Light MMC • Bakı
Satış Məsləhətçisi (Showroom)
Bəyaz Flora MMC • Bakı
Satış meneceri
Meta Education and Consulting MMC • Bakı