Azinvest İnşaat
Smeta mühəndisi
Müsahibə əsasında
Vakansiya haqqında
Öhdəliklər:
- Layihələrin və iş həcmlərinin yoxlanılması, aşkar edilmiş uyğunsuzluqları və çatışmazlıqları Sifarişçi (və / və ya layihəçi) tərəfə yazılı şəkildə bildirmək;
- Layihələrin gələcəkdə icrası zamanı işlərin mövcud tikinti norma və qaydalarına, şərtnamələrə, tikintinin təşkilinə və mövcud naturaya əsasən icra edilmə mümkünlüyünün yoxlanılması;
- İş həcmləri olmadığı zaman layihə, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında iş həcmləri cədvəlinin tərtib edilməsi;
- İcra edilmiş, lakin iş həcmləri olmayan işlərin qiymətləndirilməsi məqsədi ilə naturaya əsasən ölçmə işlərinin aparılması;
- İşin icrası zamanı Sifarişçi və ya forsmajor hallardan dolayı müqavilədən kənarlaşmaların, Sifarişçinin tələbi üzrə layihə və smeta sənədlərində yaranan əlavə işlərin həcminin ölçülməsi, qiymətləndirilməsi;
- Layihə, smeta, müqavilə, spesifikasiya və digər texniki sənədlər əsasında ilkin material siyahısının çıxarılaraq qiymət təklifi alınması məqsədi ilə təchizat şöbəsinə təqdim edilməsi;
- İş həcmlərinin qiymətləndirilməsi üçün ilkin olaraq geoloji hesabatların, layihə yerinin (işin icrasında yarada biləcək çətinliklərin öyrənilməsi məqsədi ilə), müqavilə, spesifikasiya və digər texniki sənədlərin araşdırılması;
- Subpodrat təşkilatlardan təkliflərin alınması, təqdim edilmiş ehtimal olunan qiymətlərin yoxlanılması, müqayisəsi və təhlili;
- İş həcmlərinin cari qiymətlər əsasında qiymətləndirilməsi;
- Ehtiyac olduğu təqdirdə konkret işlərin qiymət formalaşmasının analizinin aparılması.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Smeta mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Santexnik
TAİS İKF
BakıTam Ştat
Müsahibə əsasındaDünən
Insulator
IRES
BakıTam Ştat
Müsahibə əsasındaDünən
SƏTƏM üzrə mütəxəssis
Azerbaijan Poultry Company
BakıTam Ştat
988 ₼Dünən
Baş energetik
STP Global Cable
SumqayıtTam Ştat
Müsahibə əsasındaDünən

PUA operatoru
AT - Geotech MMC
BakıTam Ştat
900 ₼Dünən

16 tonluq mobil kran operatoru (XCMG 16)
Core Construction
BakıTam Ştat
Müsahibə əsasındaDünən
