L

Luxstroy MMC

Son tarix: 24 Sentyabr 2026

SMETA mühəndisi

İnşaat və MemarlıqBakıTam Ştat24 Avqust 202692

1000

Vakansiya haqqında

Luxstroy Construction həyata keçirdiyi tikinti layihələri üzrə təcrübəli və məsuliyyətli Smeta mühəndisi axtarır.

İş qrafiki:

  1. Bazar ertəsi–Cümə: 10:00–18:00
  2. Şənbə: 10:00–14:00
  3. Bazar günü: istirahət günü

 

Şirkət: Luxstroy Construction

Məşğulluq növü: Tam ştat

Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

 

Müraciət qaydası:

Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə "[email protected]" elektron poçt ünvanına və ya elanda qeyd edilən nömrəyə göndərə bilərlər.

Tələblər:

  1. Tikinti-quraşdırma və təmir işləri üzrə smeta hazırlamaq bacarığı;
  2. Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması üzrə təcrübə;
  3. Tikinti norma və qaydaları, layihə-smeta sənədlərinin hazırlanma prinsipləri barədə bilik;
  4. Memarlıq, konstruktiv və mühəndis layihələrini oxumaq bacarığı;
  5. Microsoft Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
  6. AutoCAD proqramında işləmək bacarığı;
  7. MS Project və 1C proqramlarını bilmək üstünlükdür;
  8. Analitik düşünmə və dəqiq hesablama bacarığı;
  9. Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
  10. Komandada işləmək və müəyyən olunmuş vaxt çərçivəsində tapşırıqları yerinə yetirmək bacarığı

Vəzifə öhdəlikləri:

  1. Memarlıq, konstruktiv və mühəndis layihələri əsasında smetaların hazırlanması;
  2. Layihələr üzrə iş həcmlərinin hesablanması və material sərfiyyatının müəyyən edilməsi;
  3. Layihəyə dair aylıq texniki hesabatların, Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması;
  4. Podratçı və subpodratçılar tərəfindən təqdim edilən smeta və görülmüş iş hesabatlarının yoxlanılması;
  5. Tikinti sahələrindən daxil olan texniki hesabatların təhlil edilməsi;
  6. Tikinti-quraşdırma və təmir işləri üzrə qiymət təkliflərinin hazırlanması və təhlili;
  7. Razılaşdırılmış qiymətlər əsasında yekun smeta sənədlərinin tərtib edilməsi;
  8. Layihə, spesifikasiya, iş həcmləri və smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən olunması;
  9. Layihədə nəzərdə tutulmayan əlavə işlərin və dəyişikliklərin hesablanması;
  10. Material, avadanlıq və görüləcək işlər üzrə bazar qiymətlərinin araşdırılması;
  11. Layihə xərclərinin planlaşdırılması və büdcəyə uyğunluğunun yoxlanılması;
  12. Smeta sənədlərinin tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi;
  13. Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında hazırlanaraq təqdim olunması.

Oxşar vakansiyalar