A

Avro - Asiya İnşaat Korporasiyası “Evrascon” ASC

Son tarix: 5 Noyabr 2026

Smeta mühəndisi (Cost Estimator / Quantity Surveyor)

İnşaat və MemarlıqBakıTam Ştat5 Oktyabr 202656

Müsahibə əsasında

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Layihə sənədlərinin (cizgilər, spesifikasiyalar) təhlili və smetaların tərtib edilməsi;
  • Tikinti-quraşdırma işləri üzrə Method Statement (İşlərin icra metodikası və texnoloji ardıcıllıq planı) sənədlərinin hazırlanması;
  • AutoCAD cizgiləri əsasında iş və material həcmlərinin (BoQ – Bill of Quantities) dəqiq hesablanması;
  • Forma №2, Forma №3 və aylıq icra aktlarının hazırlanması, yoxlanılması və təsdiqi;
  • Bazar qiymətləri, resurslar və tikinti metodologiyası əsasında layihənin maya dəyərinin (cost estimation) çıxarılması;
  • Subpodratçı və təchizatçıların qiymət təkliflərinin, smeta və aktlarının təhlili;
  • Layihə dəyişiklikləri zamanı əlavə iş həcmlərinin (Variation Orders) vaxtında hesablanması və əsaslandırılması.

Tələblər:

  • Təhsil: İnşaat mühəndisliyi və ya texniki sahədə ali təhsil;
  • İş təcrübəsi: Tikinti və ya mühəndislik layihələrində smeta / sahə mühəndisliyi üzrə minimum 3 il təcrübə;
  • Texniki bacarıqlar: Tikinti texnologiyalarını dərindən bilmək, sərbəst şəkildə Method Statement tərtib etmək bacarığı;
  • Proqram bilikləri: MS Excel (mükəmməl səviyyədə — mürəkkəb formullar, həcm cədvəlləri), AutoCAD (həcmləri çıxarmaq və layihəni oxumaq üçün);
  • Yerli tikinti norma və standartlarını (AzDTN) bilmək;
  • Dil bilikləri: Azərbaycan dili (əla),  Rus dili, İngilis dili (Method Statement və beynəlxalq standartlı sənədlər üçün arzuolunandır).

İş şəraiti:

  • İş qrafiki: I–V günlər, 09:00 – 18:00;
  • Əməkhaqqı: Müsahibə əsasında (təcrübə və bacarıqlara uyğun);
  • Ünvan: Qurban Xəlilov 8.

CV-nizi mövzu hissəsində «Smeta mühəndisi» qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Oxşar vakansiyalar