C
Capital Construction MMC
Smeta üzrə mühəndis
2000 ₼
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin inşa olunan obyektləri üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin mövcudluğunu təmin etmək və onların təyinatı üzrə tikinti-quraşdırma işlərinin icrası üçün aidiyyəti strukturlara təqdim olunmasını təşkil etmək;
- Smeta üzrə iş həcmlərinin layihəyə uyğunluğunu yoxlamaq;
- Smeta qiymətlərinin faktiki çəkilmiş xərclərə uyğunluğunu yoxlamaq;
- Materialların sərfiyyatına nəzarəti həyata keçirmək;
- Layihə-smeta sənədləri ilə bağlı zəruri arayışları hazırlamaq və onların arxivdə mühafizəsini təmin etmək;
- Layihələri təhlil etmək və müvafiq spesifikasiyaları yoxlamaq;
- Ərazidə yerinə yetirilmiş işlərin layihəyə uyğunluğunu yoxlamaq və uyğunsuzluqlar olduqda aradan qaldırmaq;
- Görülmüş işlərə (naryadlara) dair qiymətlərin qiymət razılaşma protokollarına uyğunluğunu, görülmüş işlər üzrə (naryadların) faktiki iş həcmləriniyoxlamaq;
Namizədə tələblər:
- Ali təhsil (müvafiq sahə üzrə)
- Tikinti və smeta sahəsində ən azı 3 il iş təcrübəsi
- Layihə-smeta sənədləri, Forma №2, Forma №3 və M29 hesabatları üzrə biliklər
- Tender sənədlərinin hazırlanması və maya dəyərinin hesablanması təcrübəsi
- Tikinti norma və qaydaları, standartlar və texniki şərtlər üzrə biliklər
- 1C proqramı ilə işləmə bacarığı
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
- Layihə dəyişikliklərinin smetaya və icra sənədlərinə inteqrasiyası üzrə təcrübə
- Analitik düşünmə, hesablama və sənədlərlə dəqiq işləmə bacarığı
- Məsuliyyətli, diqqətli və nəticəyönümlü iş prinsipi
- Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı
İş şəraiti:
- İş yeri: Nəsimi r., C. Məmmədquluzadə küç.
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əmək haqqı: 2000-2500 manat (Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır.)
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta üzrə mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiyalar
J
Bugün
Elektrik ustası
Jahangir logistics mmc • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
C
Dünən
Bekaloder operatoru
Cronos Construction • Bakı
Tam Ştat
1200 ₼Müraciət et
P
Dünən
Baş geodeziya mühəndisi
PMD Projects LLC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Drone Specialist – Visual & Thermal Inspection Specialist
ATL Tech • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Dünən
Memar
AMASS MMC • Bakı
Tam Ştat
—Müraciət et
O
Dünən
Fəhlə
Omid Mağazalar şəbəkəsi • Bakı
Tam Ştat
530 ₼Müraciət et