M

Max Print

Son tarix: 10 Oktyabr 2026

Smetaçı / İnşaat üzrə Estimator

İnşaat və MemarlıqBakıTam Ştat10 Sentyabr 202655

1500

Vakansiya haqqında

Smetaçı / İnşaat üzrə Estimator

İş şəraiti

  • İş yeri: Binəqədi şossesi 10, Bakı
  • Əmək haqqı: 1500 AZN+ (namizədin bilik və təcrübəsinə uyğun olaraq)
  • İş qrafiki: 6/1

Vəzifə haqqında

  • Şirkətimizin həyata keçirdiyi tikinti, təmir, yenidənqurma və fit-out layihələri üzrə iş həcmlərinin, material və işçilik xərclərinin hesablanmasını, layihələrin maya dəyərinin müəyyənləşdirilməsini və smetaların hazırlanmasını həyata keçirəcək Smetaçı / İnşaat üzrə Estimator axtarırıq.

Vəzifə öhdəlikləri

  • Tikinti layihələrinin çertyojları, layihə sənədləri və texniki tapşırıqları əsasında iş həcmlərinin hesablanması;
  • Tikinti və təmir işləri üzrə smetaların hazırlanması;
  • BOQ (Bill of Quantities) və iş həcmləri cədvəllərinin hazırlanması;
  • Material, işçilik, texnika, nəqliyyat və digər tikinti xərclərinin hesablanması;
  • Layihə üzrə tələb olunan materialların miqdarının müəyyənləşdirilməsi;
  • Tikinti materiallarının bazar qiymətlərinin araşdırılması;
  • Təchizatçı və podratçılardan qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
  • Layihələrin ilkin və yekun maya dəyərinin hesablanması;
  • Layihə büdcələrinin hazırlanmasına və planlaşdırılmasına dəstək olmaq;
  • Çertyoj, spesifikasiya və smeta arasında uyğunsuzluqların müəyyənləşdirilməsi;
  • Layihədə edilən dəyişikliklərin smetaya vaxtında tətbiq edilməsi;
  • Əlavə işlərin və əlavə material ehtiyaclarının hesablanması;
  • Podratçı və subpodratçıların kommersiya təkliflərinin təhlil edilməsi;
  • Faktiki xərclərin ilkin smeta və büdcə ilə müqayisə edilməsi;
  • Layihə üzrə xərclərin və büdcənin monitorinqində iştirak etmək;
  • Material və işçilik qiymətlərinin aktual bazasının hazırlanması və yenilənməsi;
  • Xərclərin optimallaşdırılması və daha sərfəli texniki/material həllərinin araşdırılması;
  • Tender və kommersiya təklifləri üçün smeta və qiymət hesablamalarının hazırlanması;
  • Tikinti, satınalma, layihələndirmə və Project Management komandaları ilə koordinasiyalı işləmək;
  • Layihə üzrə smeta hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Namizədə tələblər

  • İnşaat, mühəndislik, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Smetaçı, Estimator, Cost Estimator və ya oxşar vəzifədə minimum 2 il iş təcrübəsi;
  • Tikinti layihələri üzrə smeta və maya dəyərinin hesablanması üzrə praktiki bilik;
  • Tikinti işlərinin həcmlərinin və material miqdarlarının dəqiq hesablanması bacarığı;
  • BOQ və texniki spesifikasiyalarla işləmək bacarığı;
  • Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Tikinti çertyojlarını və layihə sənədlərini oxumaq bacarığı;
  • Tikinti materialları və onların tətbiqi haqqında praktiki anlayış;
  • Tikinti texnologiyaları və iş mərhələləri haqqında ümumi bilik;
  • Analitik düşünmə və rəqəmlərlə işləmə bacarığı;
  • Detallara yüksək diqqət və dəqiqlik;
  • Podratçı və təchizatçı qiymətlərini analiz etmək bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • Rus və ya İngilis dili biliyi üstünlükdür;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü olmaq;
  • Bir neçə layihə üzərində paralel işləmək bacarığı.

Üstünlük hesab olunur

  • Kommersiya və sənaye tikinti layihələrində smeta təcrübəsi;
  • Təmir və fit-out layihələri üzrə smeta hazırlamaq təcrübəsi;
  • Fasad, interyer və yenidənqurma layihələri üzrə təcrübə;
  • Beton, armatur, metal konstruksiya, hörgü, suvaq, döşəmə, tavan və digər tikinti işlərinin həcmlərinin hesablanması üzrə təcrübə;
  • MEP işləri – elektrik, santexnika, HVAC və digər mühəndis sistemləri üzrə smeta təcrübəsi;
  • AutoCAD proqramında işləmək bacarığı;
  • 1C, ERP və ya digər smeta/maliyyə proqramları ilə işləmək bacarığı;
  • Tender sənədlərinin və kommersiya təkliflərinin hazırlanması üzrə təcrübə;
  • Podratçı və subpodratçılarla qiymət danışıqları aparmaq təcrübəsi.

Şirkət tərəfindən təklif olunur

  • 1500 AZN-dən başlayan əmək haqqı;
  • Namizədin bilik və təcrübəsinə uyğun əmək haqqı artımı;
  • Peşəkar və dinamik iş mühiti;
  • Müxtəlif tikinti, təmir və fit-out layihələrində iştirak imkanı;
  • Peşəkar inkişaf və karyera yüksəlişi;
  • Tikinti layihələrinin smeta və büdcə idarəçiliyi üzrə praktiki təcrübə;
  • Rəsmi əmək müqaviləsi və qanunvericiliyə uyğun əmək münasibətləri.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Estimator / Cost Estimator – Construction

Conditions:

  • Location: 10 Binagadi Highway, Baku
  • Salary: 1500 AZN+ (depending on the candidate’s knowledge and experience)
  • Work Schedule: 6 days per week

About the Position

  • We are looking for a Construction Estimator / Cost Estimator who will be responsible for calculating work quantities, material and labor costs, preparing project cost estimates, BOQs, budgets, and commercial proposals for construction, renovation, and fit-out projects.

Key Responsibilities

  • Calculate work quantities based on construction drawings, project documentation, and technical specifications;
  • Prepare cost estimates for construction and renovation works;
  • Prepare BOQs (Bill of Quantities) and detailed quantity schedules;
  • Calculate material, labor, equipment, transportation, and other construction costs;
  • Determine required material quantities for each project;
  • Research current market prices for construction materials;
  • Obtain and compare quotations from suppliers and contractors;
  • Calculate preliminary and final project costs;
  • Support project budget preparation and cost planning;
  • Identify discrepancies between drawings, specifications, and cost estimates;
  • Update estimates according to project changes;
  • Calculate additional works and additional material requirements;
  • Analyze commercial proposals from contractors and subcontractors;
  • Compare actual project costs with initial estimates and approved budgets;
  • Participate in project cost and budget monitoring;
  • Maintain and update material and labor pricing databases;
  • Identify cost-saving opportunities and alternative technical or material solutions;
  • Prepare cost estimates and commercial calculations for tenders and client proposals;
  • Work closely with Construction, Procurement, Design, and Project Management teams;
  • Prepare project cost reports and present them to management.

Requirements

  • Bachelor’s degree in Construction, Civil Engineering, Economics, or a related field;
  • Minimum 2 years of experience as an Estimator, Cost Estimator, or in a similar position;
  • Practical experience in construction cost estimation and project costing;
  • Strong ability to calculate construction quantities and material requirements accurately;
  • Experience working with BOQs and technical specifications;
  • Advanced Microsoft Excel skills;
  • Ability to read construction drawings and project documentation;
  • Practical knowledge of construction materials and their applications;
  • General understanding of construction technologies and work stages;
  • Strong analytical and numerical skills;
  • High attention to detail and accuracy;
  • Ability to analyze contractor and supplier quotations;
  • Fluent Azerbaijani language skills;
  • Russian or English language knowledge is an advantage;
  • Responsible, proactive, and result-oriented approach;
  • Ability to work on multiple projects simultaneously.

Will Be Considered an Advantage

  • Experience estimating commercial and industrial construction projects;
  • Experience with renovation and fit-out projects;
  • Experience with façade, interior, and reconstruction projects;
  • Experience calculating quantities for concrete, reinforcement, steel structures, masonry, plastering, flooring, ceilings, and other construction works;
  • Experience estimating MEP works, including electrical, plumbing, HVAC, and other engineering systems;
  • Knowledge of AutoCAD;
  • Experience with 1C, ERP, or other estimating/financial software;
  • Experience preparing tender documents and commercial proposals;
  • Experience negotiating prices with contractors and subcontractors.

What We Offer

  • Salary starting from 1500 AZN;
  • Salary growth based on professional knowledge and experience;
  • Professional and dynamic working environment;
  • Opportunity to work on diverse construction, renovation, and fit-out projects;
  • Professional development and career growth opportunities;
  • Practical experience in construction cost estimation and budget management;
  • Official employment in accordance with local labor legislation..

Interested candidates can send their CV to the e-mail address in the Apply for job button.

Oxşar vakansiyalar