M

Make Agency

Son tarix: 3 Oktyabr 2026

SMM Mütəxəssisi

Marketinq və SatışBakıTam Ştat4 Sentyabr 202642

1000

Vakansiya haqqında

Rəqəmsal marketinq agentliyi Make Agency komandaya SMM mütəxəssisi axtarır. Burada bir brend yox, bir neçə brendlə işləyəcəksən — hər birinin öz səsi və auditoriyası var.

Vəzifə öhdəlikləri:

  • Bir neçə brend üçün aylıq kontent planının hazırlanması və icrası
  • Sosial media strategiyasının qurulması və nəticələrə görə düzəliş edilməsi
  • Postların qrafikə uyğun paylaşılması, icmaların idarə olunması
  • Meta Ads Manager-də reklam kampaniyalarının qurulması və optimallaşdırılması
  • Qrafik dizayner və kopirayterlərə brieflərin dolğun ötürülməsi
  • Aylıq hesabatların hazırlanması və müştəriyə təqdim edilməsi
  • Trendlərin izlənməsi və layihələrə uyğunlaşdırılması

Tələblər:

  • SMM və ya rəqəmsal marketinq üzrə ən azı 3 il təcrübə
  • Meta Business Suite və Ads Manager ilə real iş təcrübəsi
  • Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (yazılı və şifahi)
  • Kontent planı qurmaq və analitikanı oxumaq bacarığı (ER, CTR, CPL)
  • Kreativ təfəkkür, təşəbbüskarlıq və punktuallıq
  • Süni intellekt və avtomatlaşdırma alətləri ilə işləmək bacarığı

Əlavə üstünlük veriləcək qabiliyyətlər:

  • Agentlik təcrübəsi (eyni vaxtda bir neçə müştəri ilə iş)
  • CapCut, Canva və ya Adobe paketində montaj bacarığı
  • TikTok və Reels formatlarında kontent təcrübəsi
  • Kopiraytinq bacarığı

Biz sənə nə təklif edirik:

  • Sabit əmək haqqı: 1 000 AZN
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • Tanınmış brendlərin layihələri və real reklam büdcələri
  • Dizayner, kopirayter və targetoloqdan ibarət komanda — tək işləmirsən
  • İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
  • Qısa zamanda geniş təcrübə və zəngin portfel formalaşdırmaq imkanı

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar