A

Atlas Corp LLC

Son tarix: 8 Oktyabr 2026

SMM Mütəxəssisi

Marketinq və SatışSalyanTam Ştat8 Sentyabr 202650

Müsahibə əsasında

Vakansiya haqqında

Komandamıza sosial medianı sadəcə idarə edən deyil, ideya yaradan, kontent istehsal edən və nəticələri analiz edə bilən SMM mütəxəssisi axtarırıq.

İş yeri: “Atlaskorp” MMC 

Ünvan; Səbail rayonu, Salyan şosesi 14 Km, 4F. 

Vəzifə öhdəlikləri

  • Instagram, Facebook, TikTok və LinkedIn platformalarının idarə olunması;
  • Aylıq və həftəlik kontent planlarının hazırlanması;
  • Post, Reels, Story və digər kontent formatları üçün kreativ ideyaların hazırlanması;
  • Məhsul və xidmətlər üçün satışyönümlü kontentin yaradılması;
  • Foto və video çəkilişlərin planlaşdırılması və həyata keçirilməsi;
  • Reels və qısa videoların montajı;
  • Post və reklam vizuallarının hazırlanması;
  • Azərbaycan dilində düzgün və satışyönümlü caption və reklam mətnlərinin yazılması;
  • Meta Business Suite və Meta Ads Manager üzərindən reklamların idarə olunması;
  • Hədəf auditoriyaların müəyyən edilməsi və reklam kampaniyalarının optimallaşdırılması;
  • Sosial media trendlərinin izlənilməsi və brendə uyğunlaşdırılması;
  • Rəqib və bazar araşdırmalarının aparılması;
  • Reach, impressions, engagement, CTR və digər əsas göstəricilərin təhlili;
  • Aylıq sosial media hesabatlarının hazırlanması;
  • Marketinq kampaniyaları və xüsusi günlər üçün kreativ ideyaların hazırlanması;
  • Şirkətin vahid vizual və kommunikasiya üslubunun qorunması.

Namizədə tələblər

  • SMM/Digital Marketing sahəsində praktiki təcrübə;
  • Instagram, Facebook, TikTok və LinkedIn platformalarını yaxşı bilmək;
  • Meta Business Suite və Meta Ads Manager ilə işləmə bacarığı;
  • Canva ilə sərbəst işləmək;
  • CapCut və ya digər video montaj proqramlarında işləmək;
  • Foto/video çəkiliş prinsipləri haqqında anlayış;
  • Kontent planlama və copywriting bacarığı;
  • Analitik düşüncə və nəticələri rəqəmlərlə qiymətləndirmək bacarığı;
  • Azərbaycan dilində yüksək yazılı kommunikasiya bacarığı;
  • Kreativ, məsuliyyətli və detallara diqqətli olmaq;
  • Süni intellekt alətlərindən kontent istehsalı və iş prosesinin sürətləndirilməsi üçün istifadə bacarığı üstünlükdür.

Biz kimi axtarırıq?

Sadəcə verilən tapşırığı icra edən deyil, “bunu daha yaxşı necə edə bilərik?” deyə düşünən, yeni ideyalar təklif edən, kontentin həm vizualına, həm mətninə, həm də nəticəsinə sahib çıxan komanda yoldaşı axtarırıq.

İş şərtləri:

  • İş qrafiki: I-V günlər 08:30-dan 17:30-dək, istirahət günləri: şənbə, bazar; 
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilir;
  • Əmək haqqı: müsahibə əsasında təyin olunacaq.
  • Müraciət qaydası:

Müraciət üçün CV-i [email protected] , [email protected] elektron ünvanlarına göndərməyiniz xahiş olunur.Vakansiyaya aid olmayan CV-lər  baxılmayaçaq.

Oxşar vakansiyalar