Leora Beauty
SMM mütəxəssisi
900 ₼
Vakansiya haqqında
İş şəraiti:
* İş yeri: Bakı şəhəri, Ağ Şəhər, 4-cü Park küçəsi;
* İş qrafiki: həftədə 6 gün;
* İş saatları: 10:00–19:00;
* Aylıq əməkhaqqı: 900–1 000 AZN.
Müraciət qaydası:
CV-nizi və əvvəlki iş nümunələrinizdən ibarət portfolionuzu +994 51 777 78 87 nömrəsinin WhatsApp hesabına göndərməyiniz xahiş olunur.
Tələblər:
* SMM sahəsində minimum 3 il iş təcrübəsi;
* Peşəkar foto və video çəkilişi bacarığı;
* Adobe Premiere Pro, Adobe After Effects və CapCut kimi proqramlarda peşəkar video montaj bacarığı;
* Azərbaycan və rus dillərində səlis danışıq və yazı bacarığı;
* Kamera qarşısında rahat çıxış etmək, Instagram və TikTok platformalarında öz simasını göstərərək canlı yayımlar aparmaq və idarə etmək bacarığı;
* Meta Ads Manager vasitəsilə Instagram və Facebook reklamlarını qurmaq, hədəf auditoriyanı seçmək və reklam kampaniyalarını idarə etmək bacarığı.
Vəzifə öhdəlikləri:
* Salonun sosial media səhifələrini aktiv şəkildə idarə etmək;
* Gündəlik paylaşımlar üçün foto, video, Reels və Story kontentləri hazırlamaq;
* Salonun xidmətlərini və iş prosesini əks etdirən çəkilişlər aparmaq;
* Instagram və TikTok platformalarında canlı yayımlar təşkil etmək və aparmaq;
* Müştərilərin şərhlərini və şəxsi mesajlarını (DM) operativ cavablandırmaq;
* Paylaşımları reklama yerləşdirmək və reklam nəticələrini izləmək.
Oxşar vakansiyalar
Менеджер по продажам
Hertz Azerbaijan • Bakı
Promouter
Bravo Supermarket • Bakı
Satış Meneceri
Nexon Group • Bakı
Kassir
CMT Group • Abşeron
Əməliyyatlar üzrə Mütəxəssis
Minvolt MMC • Bakı
Satıcı-Kassir
Zoo 28 • Bakı