Favorite Gallery
SMM mütəxəssisi (Sosial Media Meneceri)
600 ₼
Vakansiya haqqında
SMM mütəxəssisi — Mister Decor
Mister Decor şirkəti komandamıza qoşulmaq üçün kreativ, məsuliyyətli, satış yönümlü və sosial media sahəsində inkişaf etmək istəyən SMM mütəxəssisi axtarır.
Əlavə üstünlük:
Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, CorelDRAW, CapCut və digər dizayn/montaj proqramlarında işləmə bacarığı. Bu proqramları bilmək əsas tələb deyil, lakin seçim zamanı üstünlük hesab olunur.
İş şəraiti:
- Şirkət: Mister Decor
- Vəzifə: SMM mütəxəssisi
- İş yeri: Sədərək Ticarət Mərkəzi, Bakı
- İş qrafiki: Həftədə 6 gün
- İş saatları: 09:00–18:30
- İş formatı: Tam iş günü, yalnız iş yerindən
- Vakansiya remote/distant iş üçün nəzərdə tutulmayıb
- Əmək haqqı: Namizədin təcrübəsi, bacarıqları və müsahibənin nəticəsinə əsasən müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini, varsa portfolio, əvvəl idarə etdikləri sosial media səhifələrini, hazırladıqları video, post və dizayn nümunələrini təqdim edə bilərlər.
Qeyd: Mister Decor yalnız paylaşım edən SMM əməkdaşı deyil, sosial media üzərindən müştəri ilə ünsiyyət qura, satış həyata keçirə, kreativ kontent hazırlaya və şirkətin rəqəmsal inkişafına real töhfə verə biləcək aktiv əməkdaş axtarır.
Tələblər:
- SMM və sosial media sahəsində bilik və təcrübə;
- Instagram, TikTok və LinkedIn platformalarının iş prinsipini yaxşı bilmək;
- Sosial media üzərindən satış bacarığı;
- Müştərilərlə düzgün, nəzakətli və peşəkar yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Foto/video çəkiliş və montaj bacarığı;
- Reels, Story və qısa video formatları ilə işləmək bacarığı;
- Azərbaycan dilində səlis danışıq və düzgün yazı qabiliyyəti;
- Reklam və sosial media mətnləri hazırlamaq bacarığı;
- Kreativ, təşəbbüskar və satış yönümlü düşüncə;
- Məsuliyyətli, punktual, operativ və diqqətli olmaq;
- Tapşırıqları planlı şəkildə və vaxtında yerinə yetirmək;
- Komandada işləmək və verilən tapşırıqlara çevik uyğunlaşmaq bacarığı;
- Portfolio və əvvəlki iş nümunələrinin olması üstünlükdür.
Vəzifə öhdəlikləri:
- Instagram, TikTok, LinkedIn və digər sosial media hesablarının gündəlik idarə olunması;
- Həftəlik və aylıq kontent planının hazırlanması və plana uyğun paylaşımların həyata keçirilməsi;
- Reels, Story, post, video və digər formatlarda kontentlərin hazırlanması;
- Məhsulların foto və video çəkilişlərinin aparılması;
- Çəkilən materialların montaj olunması və platformalara uyğun formatlaşdırılması;
- Trendlərə uyğun kreativ, diqqətçəkən və satış yönümlü kontent ideyalarının hazırlanması;
- Yeni məhsulların, kolleksiyaların, kampaniyaların, endirimlərin və xüsusi təkliflərin sosial mediada təqdim olunması;
- Sosial media üzərindən daxil olan mesaj və müraciətlərin operativ cavablandırılması;
- Müştərilərə məhsullar, qiymətlər, çeşidlər və mövcudluq barədə düzgün məlumat verilməsi;
- Sosial media üzərindən satışların həyata keçirilməsi, sifarişlərin qəbul olunması və aidiyyəti üzrə yönləndirilməsi;
- Potensial müştərilərin satışa yönləndirilməsi və müştəri ilə peşəkar ünsiyyətin qorunması;
- LinkedIn üçün şirkətin fəaliyyəti, məhsulları, istehsalı, layihələri, əməkdaşlıqları və korporativ xəbərləri ilə bağlı peşəkar paylaşımların hazırlanması;
- Şirkətin sosial media platformalarında vahid vizual və korporativ üslubunun qorunması;
- Sosial media səhifələrinin aktivliyinin, auditoriyasının, müraciət və satış göstəricilərinin artırılması;
- Paylaşımların baxış, əhatə, müraciət və satış göstəricilərinin izlənilməsi;
- Rəqiblərin və bazardakı sosial media trendlərinin mütəmadi izlənilməsi;
- Yeni reklam, kontent və satış ideyalarının hazırlanaraq rəhbərliyə təqdim olunması.
Oxşar vakansiyalar
Satış Meneceri
AQUA ESTETİCA MMC • Bakı
Satış Meneceri (Xalqlar filialı)
EDU COMPANY Təhsil Şirkəti • Bakı
Korporativ satış üzrə mütəxəssis
Xalq Sığorta • Bakı
Ведущий прямых эфиров на азербайджанском языке
Genesis • Bakı
Korporativ Satış üzrə Mütəxəssis
Supertoys • Bakı
Satış meneceri
Auto Park • Bakı