SAHİL
SMM -Video üzrə Digital Marketoloq
1000 ₼
Vakansiya haqqında
Vakansiya: SMM / Qrafik Dizayn / Video üzrə Digital Marketoloq
Şirkətimiz sosial media, rəqəmsal marketinq, qrafik dizayn və video kontent istiqamətlərini peşəkar şəkildə idarə edə bilən, kreativ, məsuliyyətli və nəticəyönümlü əməkdaş axtarır.
Şərtlər:
• İş yeri: Bakı
• Əmək haqqı: 1000–2000 AZN
• Əmək haqqı namizədin real bacarığına, təcrübəsinə, portfoliosuna və göstərə biləcəyi nəticəyə əsasən müəyyən ediləcək
• SMM, dizayn, video, reklam və digital platformaları yüksək səviyyədə idarə edə bilən peşəkar namizəd üçün 2000 AZN-dək əmək haqqı nəzərdə tutulur
• Əsas məqsəd yalnız kontent hazırlamaq deyil, şirkətin sosial media göstəricilərini, müraciət və satışlarını real şəkildə artırmaqdır
Tələblər:
• SMM və Digital Marketing sahəsində real praktiki təcrübə
• Qrafik dizayn və video montaj sahəsində güclü bacarıqlar
• Adobe Photoshop, Illustrator, Premiere Pro, After Effects və ya alternativ peşəkar proqramlarla işləmək bacarığı
• Canva və digər müasir dizayn alətlərini yaxşı bilmək
• Meta Business Suite və Ads Manager ilə işləmə təcrübəsi
• Reklam auditoriyalarının düzgün seçilməsi və reklamların optimallaşdırılması bacarığı
• Kreativ düşüncə və vizual zövq
• Müasir sosial media və reklam trendlərini yaxından izləmək
• Foto və video çəkiliş prosesini təşkil edə bilmək
• Portfolio təqdim edilməsi vacibdir
• Azərbaycan dilində sərbəst və düzgün yazılı ünsiyyət
• Rus dilini yaxşı səviyyədə bilmək MÜTLƏQDİR
• Kompüter biliklərinin yüksək səviyyədə olması
• Məsuliyyətli, operativ, təşəbbüskar və nəticəyönümlü olmaq
Vəzifə öhdəlikləri:
• Instagram, TikTok, Facebook və digər sosial şəbəkələrin peşəkar idarə olunması
• Aylıq və həftəlik kontent planlarının hazırlanması
• Reels, TikTok və reklam videolarının çəkilişi, montajı və hazırlanması
• Qrafik dizaynların, bannerlərin, post və story materiallarının hazırlanması
• Brendin vahid vizual üslubunun və vizual identifikasiyasının qorunması və inkişaf etdirilməsi
• Məhsullar üçün keyfiyyətli foto və video kontentin hazırlanması
• Meta Ads və digər rəqəmsal reklam kampaniyalarının qurulması və idarə olunması
• Reklam nəticələrinin təhlili, optimallaşdırılması və hesabatların hazırlanması
• Sosial şəbəkələr və reklam vasitəsilə yeni müştərilərin cəlb olunması
• Satışa yönəlik reklam və kontent strategiyalarının hazırlanması
• Lead və müraciət sayının artırılması üzərində işləmək
• Rəqiblərin, bazarın və sosial media trendlərinin mütəmadi araşdırılması
• Şirkətin sosial media platformalarının peşəkar səviyyədə inkişaf etdirilməsi
• Sayt, landing page və digər rəqəmsal platformalarla işləmək
• Sadə texniki və IT məsələlərini sərbəst həll etmək
• Süni intellekt və müasir digital alətlərdən iş prosesində səmərəli istifadə etmək
Oxşar vakansiyalar
Zəif axım üzrə kabelçi-montajçı
Geocloud • Bakı
Hostes
JFA PARTNERSHİP • Bakı
Montajçı
MODUS AZ MMC • Bakı
Marketinq Dizayn üzrə kiçik mütəxəssis
Medsol • Bakı
Videoqraf
AFB Bank • Bakı
Videomontajçı
Cool colors MMC • Bakı