200 ₼
Vakansiya haqqında
Bizə sadəcə bəyənmə (like) yığan, standart şəkillər paylaşan klassik bir SMM mütəxəssisi LAZIM DEYİL. Bizə sosial şəbəkələri (Instagram, TikTok, Facebook) real müştəriyə və satışa çevirə bilən, ideyaları ilə fərqlənən bir "Satış Maşını" lazımdır!
Şərtlər və Üstünlüklər:
Sınaq müddəti: 1 ay.
Qeyd: Sınaq müddətində göstərdiyiniz nəticələrə (satışın artımına) əsasən, növbəti aylarda uzunmüddətli əməkdaşlıq, yüksək sabit maaş və satışdan faiz (bonus) imkanı yaradılacaq.
Tələblər:
Yüksək ideya və kreativlik: "Bu məhsulu necə fərqli sata bilərik?" sualına hər gün yeni cavabı olmalı;
Telefonla keyfiyyətli video çəkiliş və montaj (CapCut, VN və s.) bacarığı;
Satış psixologiyasını və sosial şəbəkə alqoritmlərini yaxşı bilmək;
Təşəbbüskar və enerjili olmaq (ustalardan gələn videoları operativ tələb etmək və işləmək).
Vəzifə öhdəlikləri:
Instagram, TikTok və Facebook platformalarında birbaşa satışı artıracaq kreativ post və video (Reels/TikTok) ideyaları düşünmək və reallaşdırmaq;
Mağazaya gələrək məhsulların və mühitin canlı, maraqlı videolarını çəkmək;
Obyektlərdə (iş başında) olan ustalarımızın göndərdiyi video materialları sürətli və trendlərə uyğun şəkildə editləmək, cəlbedici formaya salmaq;
İzləyicini müştəriyə çevirəcək kontent strategiyası qurmaq.
Oxşar vakansiyalar
Satıcı
Azza Gastronom • Bakı
Kontent üzrə mütəxəssis
Olivia Beauty & Care • Bakı
Sürücü-merçendayzer
Princess accessories • Bakı
Satış üzrə mütəxəssis
EuroAzerTrade MMC • Bakı
Satış meneceri
Financeclub • Bakı
Rieltor
Karat Əmlak • Bakı