A

AzerGold CJSC

Son tarix: 7 Sentyabr 2026

Şöbə müdir müavini / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi

İnzibati İşlərBakıTam Ştat7 Avqust 202671

Müsahibə əsasında

Vakansiya haqqında

Vakansiyaya dair tələblər:

  • Qısamüddətli, ortamüddətli və uzunmüddətli dağ mədən planlarının hazırlanması və icrasına nəzarət təcrübəsi;
  • Mədən dizaynlarının, hasilat ardıcıllığının, qazma-partlama və yükdaşıma proseslərinin qiymətləndirilməsi;
  • Filiz və tullantı süxurlarının hasilatı və daşınma həcmlərinin planlaşdırılması, təhlili və optimallaşdırılması;
  • Daşıma məsafələrinin, texnika məhsuldarlığının və yanacaq sərfiyyatının təhlili əsasında mədən əməliyyat xərclərinin optimallaşdırılması;
  • Tərəzi məlumatları ilə markşeyder ölçmələrinin üzləşdirilməsi, yaranan fərqlərin təhlili və material hərəkəti balansının hazırlanması;
  • Faktiki istehsal göstəricilərinin mədən planı və büdcə ilə müqayisəli təhlili, kənarlaşmaların səbəblərinin müəyyənləşdirilməsi və düzəldici tədbirlərin hazırlanması;
  • İstehsalat əməliyyatlarının yerli və beynəlxalq standartlara, habelə Cəmiyyətin daxili prosedurlarına uyğunluğuna nəzarət etmək;
  • Şöbənin fəaliyyəti çərçivəsində dağ-mədən, emal və hasilat sahələrinin büdcə sifarişlərinin və normativlərin hazırlanması və icrasına nəzarət etmək;
  • Emal və hasilatla bağlı təkmilləşdirmə layihələri üzrə təşəbbüslərin hazırlanması və həyata keçirilməsinə nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasına operativ nəzarət və hesabatlılığı təşkil etmək;
  • Şöbənin fəaliyyəti çərçivəsində imzalanmış müqavilələrin icrasına nəzarət etmək;
  • İstehsal sahələrində aparılan optimallaşdırma ilə bağlı məsləhətçilər ilə işlərin koordinasiyası, hesabatlılığın təşkil edilməsi;
  • Şöbənin fəaliyyəti çərçivəsində təsdiqlənmiş fəaliyyət planlarının icrasına nəzarət və yeni layihələrin idarəolunmasında aktiv iştirak etmək;
  • Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Microsoft Office proqramlarını mükəmməl bilmək, mədən planlaşdırılması proqramlarından — Datamine, Surpac, Micromine, Deswik və ya analoji proqramlardan istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili və Rus dili yaxşı səviyyədə tələb olunur;
  • Liderlik, innovativlik, strateji düşüncə, kommunikasiya, problem həll etmə, qərarvermə , nəticəyönümlülük, dəyişikliklərin idarə edilməsi bacarıqları tələb olunur.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Müvafiq sahə üzrə ali təhsil tələb olunur; Geologiya və ya Dağ-mədən mühəndisliyi ixtisasına malik namizədlərə üstünlük veriləcək.
  • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi,.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar