A

Aventus Digital Consultancy

Son tarix: 14 Sentyabr 2026

Social Media & Content Specialist

Marketinq və SatışBakıTam Ştat14 Avqust 202639

500

Vakansiya haqqında

Aventus Digital Consultancy bizneslərin Google Axtarış, Google Xəritələr və süni intellekt platformalarında rəqəmsal görünürlüğünü idarə edən konsaltinq şirkətidir. Lokasiya Marketinqi, Lokal SEO, Google Business Profile idarəçiliyi, onlayn reputasiya idarəçiliyi, sosial media marketinqi (SMM), veb-sayt hazırlanması və digər rəqəmsal həllər üzrə fəaliyyət göstəririk. https://www.aventus.az/

 

Google ekosistemi və beynəlxalq rəqəmsal platformalar üzrə ixtisaslaşan komandamız dünyanın aparıcı Location Marketing və Digital Presence Management şirkətləri ilə əməkdaşlıq edir, yerli və beynəlxalq layihələr həyata keçirir.

Komandamızı genişləndirmək üçün kreativ düşüncəli, məsuliyyətli və inkişaf yönümlü Social Media & Content Specialist axtarırıq.

  1. Başlanğıc əməkhaqqı: 500 AZN + bonus sistemi
  2. Şirkətin inkişafı və idarə olunan layihələrin həcminə uyğun bonus sistemi
  3. İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
  4. AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  5. Peşəkar və innovativ iş mühiti
  6. Yerli və beynəlxalq layihələrdə iştirak imkanı
  7. Təlim və peşəkar inkişaf imkanları

 

Üstünlük hesab olunur

 

  1. Baza dizayn bacarıqları;
  2. Foto və video çəkilişi təcrübəsi;
  3. AI alətləri (ChatGPT, Gemini və s.) ilə işləmə bacarığı;
  4. Google Ads və ya digər rəqəmsal reklam platformaları üzrə bilik.

 

Tələblər:

Sosial media idarəçiliyi sahəsində təcrübə;

Meta Business Suite və Meta Ads Manager ilə işləmək bacarığı;

Canva proqramı ilə sərbəst işləmək bacarığı;

CapCut ilə video montaj bacarığı;

Azərbaycan dilində yüksək yazılı ünsiyyət bacarığı;

Kreativ düşüncə və vizual zövq;

Komandada işləmək və vaxtın düzgün idarə olunması bacarığı;

İngilis dili biliyi üstünlük hesab olunur

Vəzifə öhdəlikləri:

  1. Sosial media platformaları (Instagram, Facebook, LinkedIn, Google və s.) üçün kontent planının hazırlanması və idarə olunması;
  2. Story, Reels və digər məzmunların hazırlanması, planlaşdırılması və paylaşılması;
  3. Foto və video çəkilişlərinin təşkili, qısa video məzmunların hazırlanması və montajı;
  4. Kreativ kontent ideyalarının və ssenarilərinin hazırlanması;
  5. Sosial media hesablarının gündəlik idarə olunması, mesaj və şərhlərin operativ cavablandırılması;
  6. Meta Business Suite və Meta Ads Manager üzərindən reklam kampaniyalarının idarə olunmasında iştirak;
  7. Sosial media göstəricilərinin izlənilməsi və aylıq hesabatların hazırlanması;
  8. ChatGPT və digər AI alətlərindən istifadə etməklə kontent istehsalının optimallaşdırılması.

Oxşar vakansiyalar