Ş

Şahdağ Qusar FK

Son tarix: 6 Sentyabr 2026

Social Media Menecer

Marketinq və SatışBakıTam Ştat28 İyul 202638

Vakansiya haqqında

İş yeri Şahdağ Qusar Futbol Klubu - İş yeri Bakı şəhərində yerləşir. Namizəd zərurət yarandıqda klubun oyun günləri və bölgələrdə baş tutan tədbirlər zamanı komanda ilə birgə bölgələrə səfər edəcək. 

İş haqqında “Şahdağ Qusar” FK klubun media fəaliyyətini daha da inkişaf etdirmək məqsədilə yaradıcı, dinamik və futbola marağı olan Sosial Media və Kontent İstehsalı üzrə Mütəxəssis axtarır. Bu vəzifə klubun gündəlik fəaliyyətini, məşqlərini, oyun günlərini və pərdəarxası proseslərini yüksək keyfiyyətli vizual kontentə çevirərək azarkeşlərə çatdıracaq əsas şəxslərdən biridir. 

Vəzifə öhdəlikləri 

● Klubun sosial media hesablarının (Instagram, Facebook, TikTok, YouTube və s.) idarə edilməsi

● Klubun media paylaşım planına uyğun foto və video çəkilişlərin həyata keçirilməsi və paylaşılması;

● Məşqlər, oyun günləri və klub tədbirləri, futbolçu və məşqçi müsahibələri, azarkeş kontenti və s. Kontentlərin peşəkar şəkildə çəkilməsi  

● Hazırlanan foto və videoların sosial media platformalarına uyğun montaj edilərək paylaşılması  

● Sosial media trendlərinin izlənilməsi və onların klub kontentinə uyğun tətbiq edilməsi;

● Media və marketinq komandası ilə koordinasiyalı işləyərək yeni kontent ideyalarının hazırlanması və həyata keçirilməsi. 

 

Namizəddən gözləntilər

● Professional video çəkiliş bacarığı;

● Kamera, fotoaparat, gimbal və digər çəkiliş avadanlıqları ilə işləmək bacarığı;

● Adobe Premiere Pro, Final Cut Pro və ya oxşar montaj proqramlarından ən azı birində sərbəst işləmək bacarığı;

● Adobe Photoshop, Lightroom proqramlarından istifadə bacarığı

 ● Instagram, TikTok, Facebook, YouTube və digər sosial media platformalarının iş prinsiplərini yaxşı bilmək;

● Kreativ düşüncə, müasir sosial media trendlərini izləmək və tətbiq etmək; Operativ işləmək, çevik və doğru qərarvermə bacarığı,

 ● Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür);

● Futbola maraq və dinamik mühitində işləmək həvəsi. 

Oxşar vakansiyalar