Art House Emiliana
Sosial Media Marketinq (SMM) mütəxəssisi
400 ₼
Vakansiya haqqında
SMM və Mobiloqraf Axtarılır! (Yeni Boya Markası)
Yaratmağı, trendləri izləməyi, dinamik videolar çəkməyi və vizual olaraq gözoxşayan məzmunlar hazırlamağı sevirsən? Yeni və iddialı boya brendimizin böyümə hekayəsində vacib rol oynamaq istəyirsənsə, Səni komandamızda görmək istəyirik!
📌 Vəzifə Öhdəlikləri:
-
Bütün sosial media kanallarının (Instagram, TikTok, Facebook və s.) aktiv və maraqlı şəkildə idarə olunması.
-
Gündəlik aktiv storilərin hazırlanması və paylaşılması.
-
Məhsul və brendə uyğun Reels / TikTok videolarının ideyasının verilməsi, çəkilişi və montajı.
-
Brendin konsepsiyasına uyğun aylıq kontent planın hazırlanması.
-
Hədəf kütləyə uyğun reklam kampaniyalarının qurulması və optimallaşdırılması.
-
🎯 Tələblər:
-
SMM və Mobiloqrafiya sahəsində iş təcrübəsi.
-
Telefonla keyfiyyətli foto/video çəkilişi və montaj bacarığı (CapCut, InShot, Lightroom və s. bilikləri).
-
Sosial şəbəkələrdən və trendlərdən aktiv istifadə etmək, kreativ ideyalar təklif etmək qabiliyyəti.
-
Azərbaycan dilində səlis və qrammatik düzgün yazı bacarığı (Rus dili arzuolunandır).
-
Portfolionun (çəkdiyiniz video və storilərdən nümunələr) olması mütləqdir.
⏰ İş Şəraitimiz:
-
İş qrafiki: 1-ci – 5-ci günlər: 10:00 – 19:00
-
Şənbə günü: Yarım iş günü
-
Bazar günü: İstirahət günü
-
Əmək haqqı: İlkin 400 – 500 AZN
-
Ünvan: Bakı şəhəri, Xətai pr. 59 e
📩 Müraciət Üçün:
Maraqlanan namizədlərdən öz CV və Portfoliolarını (video işlərini) mövzu hissəsində "SMM / Mobiloqraf" qeyd etməklə [email protected] ünvanına göndərmələri və ya 0512356772 ilə əlaqə saxlamaları xahiş olunur.
Oxşar vakansiyalar
Korporativ Satış Funksional Sahəsinin Baş Müştəri Meneceri
PASHA Bank • Bakı
Təsərrüfat işləri üzrə Mütəxəssis
S.E.N.S.U.M by Amapola • Bakı
Korporativ Marketing mütəxəssisi
Liv Bona Dea Hospital • Bakı
Satış təmsilçisi
BPM Academy • Bakı
Soyuq satış üzrə menecer
Aromaks • Bakı
Merçendayzer
Foodini • Bakı