I

Intermak Group

Son tarix: 20 Noyabr 2026

Sosial Media Meneceri - Intermak Group (Bakı, 2026)

Marketinq və SatışBakıTam Ştat20 Oktyabr 202654

800 ₼

Vakansiya haqqında

İş şəraiti

  • Ünvan: Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 2360
  • İş rejimi: 6 günlük
  • İş saatları: Həftə içi : 09:30-17:30
  • 6-cı gün: 10:00-16:00
  • Nahar şirkət tərəfindən təmin olunur.

Vəzifə öhdəlikləri

  • Şirkətin Instagram, Facebook, LinkedIn və digər sosial media hesablarının gündəlik idarə olunması;
  • Sosial media üçün aylıq və həftəlik kontent planlarının hazırlanması;
  • Post, story, reels və digər formatlar üçün mövzu və ideyaların hazırlanması;
  • Paylaşımlar üçün mətnlərin (copywriting) hazırlanması və vaxtında yerləşdirilməsi;
  • Dizayner və digər aidiyyəti əməkdaşlarla koordinasiyalı şəkildə kontentin hazırlanmasının təşkili;
  • Sosial media üzərindən daxil olan mesaj, rəy və sorğuların cavablandırılması və zəruri hallarda aidiyyəti şöbələrə yönləndirilməsi;
  • İzləyicilərlə aktiv və peşəkar kommunikasiyanın qurulması;
  • Sosial media trendlərinin, aktual mövzuların və rəqiblərin fəaliyyətinin izlənilməsi;
  • Brendin üslubuna və kommunikasiya standartlarına uyğunluğun təmin edilməsi;
  • Reklam kampaniyalarının hazırlanmasında və idarə olunmasında iştirak;
  • Sosial media göstəricilərinin — baxış, əhatə, engagement, izləyici artımı, klik və müraciətlərin təhlil edilməsi;
  • Görülən işlər və əldə olunan nəticələr üzrə aylıq hesabatların hazırlanması;
  • Sosial media fəaliyyətinin inkişaf etdirilməsi üçün yeni ideya və təkliflərin təqdim edilməsi.

Namizədə tələblər

  • Xanım namizədlər
  • Yaş aralığı: 20-30 yaş
  • Sosial media və ya rəqəmsal marketinq sahəsində iş təcrübəsi;(minimum 6 ay)
  • Instagram, Facebook, LinkedIn platformalarının iş prinsiplərini yaxşı bilmək;
  • Kontent planlaşdırılması və sosial media strategiyası üzrə anlayış;
  • Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Kreativ və düzgün mətn yazmaq bacarığı;
  • Sosial media trendlərini və yeni kontent formatlarını izləmək;
  • Meta Business Suite və reklam alətləri haqqında bilik;
  • Canva və digər sadə dizayn/kontent alətləri ilə işləmək bacarığı üstünlükdür;
  • Analitik düşüncə və sosial media nəticələrini təhlil etmək bacarığı;
  • Kreativlik, operativlik, məsuliyyətlilik və detallara diqqət;
  • Eyni anda bir neçə sosial media hesabını və tapşırığı idarə etmək bacarığı.

Əsas bacarıqlar

  • Social Media Management
  • Content Planning
  • Copywriting
  • Community Management
  • Meta Business Suite
  • Digital Marketing
  • Content Creation
  • Analytics
  • Trend Research
  • Kreativ düşüncə

Təklif olunur

  • 800 AZN əmək haqqı;
  • Peşəkar inkişaf imkanları;
  • Nahar şirkət tərfindən təmin olunur.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiyalar