A

Abşeron Logistika Mərkəzi

Son tarix: 21 İyun 2026

Su maşının sürücüsü

Logistika və TəchizatBakıTam Ştat21 May 202693

Müsahibə əsasında

Vakansiya haqqında

“Abşeron Logistika” MMC  “Su maşının sürücüsü” vəzifəsi üzrə vakansiya elan edir.

Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

  • Təhkim ediləcək su maşınının təhlükəsiz və düzgün idarə olunması;
  • Avtomobilin texniki göstəricilərinə uyğun Mərkəz ərazisində veriləcək tapşırıqların icrası;
  • Avtomobilin texniki vəziyyətinə gündəlik nəzarət etmək;
  • Yanacaq və texniki xidmət qaydalarına riayət etmək;
  • Su sərfiyyatını nəzarətdə saxlamaq və maşının daim su ilə dolu olmasını təmin etmək;
  • Xüsusi təyin edilən ərazilərdə maşın vasitəsi ilə sudan istifadəni təmin etmək.

Namizədə qarşı tələblər:

  • Minimum orta təhsili olmalı;
  • “BC” kateqoriyalı sürücülük vəsiqəsi mütləqdir;
  • Ağır texnika və ya yük avtomobili idarə edilməsi üzrə minimum 5 il iş təcrübəsi olmalı (Su maşını, xüsusilə Shacman markalı avtomobili idarə etmək təcrübəsi üstünlükdür);
  • Azərbaycan dilini sərbəst bilməli;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmalı. 
  • Komandada işləmək bacarığı olmalı.

Peşəkar tələblər:

  • Azərbaycan Respublikasının yol hərəkəti qaydalarını bilməli;
  • Nəqliyyat vasitəsində təhlükəsizlik qaydalarını bilməli;

Göstərilən tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə keçid edərək karyera portalı üzərindən və ya  CV formalarını [email protected] elektron ünvanına göndərməklə müraciət edə bilərlər. 

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Su maşınının sürücüsü” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Oxşar vakansiyalar