O

OBA marketlər şəbəkəsi

Son tarix: 1 Noyabr 2026

Süd Məhsulları Kateqoriyası üzrə İstehsalat və Satınalma Müdiri

Logistika və TəchizatBakıTam Ştat2 Oktyabr 202657

Müsahibə əsasında

Vakansiya haqqında

Təsvir

İstehsalat və Texnologiya tərəfi:

  • İstehsalat təcrübəsi ilə nəzarət: Süd məhsulları kateqoriyasındakı (süd, qaymaq, xama, qatıq, kefir, ayran, kəsmik, pendir, yağ və digər süd məhsulları) məhsulların istehsalat sahələrini, zavod daxili xətləri və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
  • Reseptura və Xammal daxilolması: Məhsulların süd xammalını, yağlılıq faizini, zülal və quru maddə göstəricilərini, starter kulturaları, stabilizator və digər texnoloji komponentləri, həmçinin formulunu (resepturasını) mükəmməl bilmək, fabrikin təqdim etdiyi keyfiyyətin standartlara uyğunluğunu (dad, qoxu, konsistensiya, yağlılıq, pH, quru maddə və s.) texnoloji cəhətdən yoxlamaq.
  • Xammal auditi: Süd və süd məhsullarının istehsalında istifadə olunan xammal növlərini, keyfiyyət göstəricilərini və bazar qiymətlərini təhlil edərək istehsalçı ilə texniki kommunikasiya qurmaq və xammalın dəyişdirilməsi və ya keyfiyyətinin aşağı salınması nəticəsində yarana biləcək risklərin qarşısını almaq.

Satınalma və Kommersiya tərəfi:

  • Strateji satınalma: Süd məhsulları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, yerli və xarici istehsalçı və təchizatçıları qiymətləndirmək, kommersiya baxımından şirkətə ən optimal gəlirliliyi (marjanı) təmin etmək.
  • Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, minimum sifariş həcmi, logistika, soyuq zəncir və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
  • Maya dəyərinin (Cost) idarə edilməsi: Süd xammalı, digər xammallar, qablaşdırma, istehsal, enerji, soyuq zəncir və logistika xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.

İş qrafiki: 5 gün, 09:00-18:00

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil (Qida mühəndisliyi, Qida texnologiyası, Süd məhsullarının texnologiyası, Kimya texnologiyası və ya müvafiq texniki sahə).
  • Təcrübə: Pərakəndə satış (Retail), FMCG və ya qida sektorunda Satınalma / Kateqoriya idarəedilməsi (Süd və süd məhsulları sahəsində birbaşa istehsalatda/süd zavodunda texnoloq,   istehsalat və ya keyfiyyət) üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
  • Sektor və Bazar Biliyi: Həm süd sənayesinin istehsalat və texnoloji qaydalarını, həm də pərakəndə sektorunun müştəri tələbi, məhsul portfeli və satınalma proseslərini eyni dərəcədə yaxşı bilmək.
  • Süd xammalı üzrə bilik: Südün yağlılıq, zülal, quru maddə, turşuluq və digər əsas keyfiyyət göstəricilərini, südün qəbul və saxlanma şərtlərini, həmçinin müxtəlif süd məhsullarının istehsal texnologiyalarını praktiki səviyyədə bilmək.
  • Keyfiyyət və qida təhlükəsizliyi: Süd məhsullarında mikrobioloji təhlükələr, BRCGS, FSSC 22000, ISO 22000, HACCP prinsipləri, soyuq zəncir, sanitariya-gigiyena tələbləri və məhsulun keyfiyyət göstəriciləri üzrə praktiki biliklərə malik olmaq.
  • Təchizatçı təcrübəsi: Yerli və xarici süd məhsulları istehsalçıları və təchizatçılarla işləmə, fabrik auditləri və məhsul keyfiyyətinin qiymətləndirilməsi üzrə təcrübəyə malik olmaq.
  • Dil Bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və ya Rus dili (mütləqdir).
  • Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar təminatı
  • Nəqliyyat xidməti
  • Karyera yüksəlişi

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar