Müsahibə əsasında
Vakansiya haqqında
Şirinpay restoranı komandamıza təcrübəli, məsuliyyətli “Supervayzer” axtarırıq
Vəzifə öhdəlikləri:
- Restoranın gündəlik fəaliyyətinin ümumi idarə olunmasını və iş prosesinin fasiləsiz təşkilini təmin etmək
- Restoran əməkdaşlarının iş bölgüsünü aparmaq, işə davamiyyətinə və iş intizamına nəzarət etmək
- Zal, bar və kassa əməkdaşlarının fəaliyyətini koordinasiya etmək
- Müştərilərin qarşılanması və yüksək səviyyədə xidmət göstərilməsinə nəzarət etmək
- Sifarişlərin düzgün qəbul olunmasını, hazırlanmasını və vaxtında təqdim edilməsini təmin etmək
- Müştəri məmnuniyyətini daim nəzarətdə saxlamaq və yaranan narazılıqları operativ şəkildə həll etmək
- Barın iş prosesinə, məhsulların düzgün istifadəsinə və xidmət standartlarına nəzarət etmək
- Kassa əməliyyatlarının düzgün aparılmasını, ödənişlərin və hesablaşmaların qaydalara uyğun həyata keçirilməsini yoxlamaq
- Mətbəx, bar, kassa və zal arasında düzgün iş koordinasiyasını təmin etmək
- Restoranda təmizlik, səliqə, xidmət keyfiyyəti və daxili standartların qorunmasına nəzarət etmək
- İş zamanı yaranan operativ problemləri vaxtında müəyyənləşdirmək və həll yolları tapmaq
- Yeni əməkdaşların iş prosesinə uyğunlaşmasına və restoran qaydalarını mənimsəməsinə dəstək olmaq
- İşçilərin xidmət səviyyəsini qiymətləndirmək və zəruri hallarda rəhbərliyə məlumat vermək
- Restoranın məhsul və materiallarından düzgün və səmərəli istifadəyə nəzarət etmək
- Gündəlik iş prosesi, kassa və digər vacib məsələlərlə bağlı rəhbərliyə məlumat vermək
Namizədə tələblər:
- Restoran və ya xidmət sahəsində müvafiq vəzifə üzrə 2-3 il iş təcrübəsi
- Bar və kassa əməliyyatları anlayışının olması və bu sahələrdə iş prosesinə nəzarət edə bilmək
- Komanda idarəetmə və iş bölgüsü aparmaq bacarığı
- Güclü ünsiyyət və liderlik qabiliyyəti
- Yaranan problemləri operativ şəkildə həll etmək və düzgün qərar vermək bacarığı
- İş prosesini düzgün planlaşdırmaq və vaxtı səmərəli idarə etmək
- Azərbaycan dilində səlis danışıq bacarığı , rus dili və ingilis dili biliyi üstünlükdür
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir
- İş yeri: Şirinpay restoranı
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Supervayzer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiyalar
M
Bugün
Salatçı
METAK • Bakı
Tam Ştat
800 ₼Müraciət et
E
Bugün
Qabyuyan
EAS Catering MMC • Bakı
Tam Ştat
500 ₼Müraciət et
T
Bugün
Chef Barista (Baş Barista)
TAİS İKF • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Tea Lady ( Mətbəx işçisi)
Avromed Company MMC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
F
Dünən
Briqada Üzvü
Fast food • Bakı
Tam Ştat
650 ₼Müraciət et
İ
11 Avqust 2026
Barista
İnvestAZ İnvestisiya Şirkəti QSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et