A

Aznur Logistics MMC

Son tarix: 15 Oktyabr 2026

Sürücü

Logistika və TəchizatBakıTam Ştat15 Sentyabr 202642

Müsahibə əsasında

Vakansiya haqqında

İşəgötürən: “Aznur Logistics” MMC

Şirkətin fəaliyyəti: Beynəlxalq Yükdaşıma 

İş ünvanı: Bakı, Qaradağ r, Salyan şossesi, Bina2 

Əmək funksiyası

  • Beynəlxalq marşrutlar üzrə yük avtomobilini təhlükəsiz və qaydalara uyğun şəkildə idarə etmək.
  • Yüklərin düzgün və təhlükəsiz şəkildə yüklənməsinə, bağlanmasına və boşaldılmasına nəzarət etmək.
  • Daşıma zamanı yükün bütövlüyünü və təhlükəsizliyini təmin etmək.
  • Gömrük və nəqliyyat sənədlərini düzgün və tam şəkildə doldurmaq.
  • Sərhəd keçidlərində və beynəlxalq daşıma məntəqələrində tələb olunan sənədləri təqdim etmək.
  • Tapşırılan marşrut üzrə hərəkət planına və yüklərin çatdırılma vaxtına riayət etmək.
  • Sürüşgən iş qrafikinə uyğun fəaliyyət göstərmək.
  • Marşrut üzrə hərəkət zamanı dispetçer və logistik şöbə ilə əlaqəni saxlamaq.
  • Səfər hesabatlarını və yanacaq sərfiyyəti barədə məlumatları təqdim etmək.
  • Nəqliyyat vasitəsinin texniki vəziyyətini gündəlik yoxlamaq, nasazlıq aşkar edildikdə rəhbərliyə məlumat vermək.
  • Yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün təhlükəsizlik qaydalarına əməl etmək.

Namizədə tələblər

  • Yaş həddi: 25-55 arası 
  • 5 il iş təcrübəsi olmalıdır
  • Azərbaycan, rus (mütləqdir) dilləri 
  • Sürücülük kateqoriyası: A, B, C, E
  • Nizam-intizamlı, dəqiq və məsuliyyətli olmaq;
  • Komanda ilə işləmə bacarığı və etik davranış qaydalarına riayət etmək.

İş şəraiti:

  • Əmək haqqı: iş görüşməsində müəyyən olunacaq
  • İş qrafiki: Sürüşkən qrafik

Diqqət: Xahiş edirik elanla bağlı müraciət edərkən müəssisənin ünvanına diqqət yetirəsiniz.

Qeyd olunan tələblərə cavab verən namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Sürücü” başlığı altında CV- nümunələrini göndərməklə müraciət edə bilərlər.

Oxşar vakansiyalar