R

Radius MMC

Son tarix: 25 Oktyabr 2026

Sürücü

Logistika və TəchizatBakıTam Ştat25 Sentyabr 202665

800 ₼

Vakansiya haqqında

Radius Təkər Mərkəzi komandamıza məsuliyyətli, intizamlı, punktual və peşəkar korporativ sürücü axtarır.

 

Korporativ sürücü şirkət rəhbərliyinin və əməkdaşlarının işgüzar gediş-gəlişlərini təmin edəcək, şirkətin qonaq və tərəfdaşlarının qarşılanması və transferini həyata keçirəcək, həmçinin gündəlik iş prosesində sənəd və digər zəruri materialların çatdırılmasına cavabdeh olacaq.

 İş şərtləri:  İş saatı: 09:00–18:00

 İş qrafiki: Həftənin 6 günü (şənbə - qısa iş günü), istirahət günü – bazar

 Nahar: Şirkət tərəfindən təmin olunur

 İş yeri: Babək pr., M.H. Kazımov küç. 8

 Əmək haqqı: 800 AZN

 Müraciət: CV-nizi mövzu hissəsində “Korporativ sürücü” qeyd etməklə [email protected] ünvanına göndərə bilərsiniz.

 

Tələblər:

Kişi, 25–40 yaş;

Orta təhsil;

BC kateqoriyalı sürücülük vəsiqəsi;

Minimum 3–5 il sürücülük təcrübəsi;

Mexaniki sürətlər qutusu olan avtomobili sərbəst idarə etmək bacarığı;

Bakı şəhərini və ətraf əraziləri yaxşı tanımaq;

Azərbaycan və rus dillərində səlis danışıq;

Yol hərəkəti qaydalarını mükəmməl bilmək və təhlükəsiz sürücülük vərdişlərinə sahib olmaq;

Səliqəli xarici görünüş və işgüzar ünsiyyət bacarığı;

Korporativ etikaya və məxfiliyə riayət etmək;

Məsuliyyətli, diqqətli, punktual və çevik olmaq;

Verilən tapşırıqları dəqiq və vaxtında yerinə yetirmək.

Vəzifə öhdəlikləri:

Şirkət rəhbərliyinin və əməkdaşlarının zəruri hallarda işgüzar gediş-gəlişlərinin təhlükəsiz və vaxtında təmin edilməsi;

Şirkətin xarici qonaq və tərəfdaşlarının hava limanında qarşılanması, otelə, ofisə, görüşlərə və digər təyin olunmuş ünvanlara çatdırılması;

Qonaqların səfər proqramına uyğun olaraq şəhərdaxili transferlərin həyata keçirilməsi;

Müxtəlif ünvanlara sənədlərin, korrespondensiyanın və zəruri materialların çatdırılması və götürülməsi;

Verilən marşrut və gündəlik tapşırıqlar üzrə operativ hərəkətin təmin edilməsi;

İstifadə olunan avtomobilin təmizliyinə, texniki sazlığına və ümumi vəziyyətinə gündəlik nəzarət edilməsi;

Avtomobilin təhlükəsiz idarə olunması və qorunub saxlanılması;

Zəruri hallarda iş fəaliyyəti ilə bağlı digər sürücü və logistika tapşırıqlarının yerinə yetirilməsi.

Oxşar vakansiyalar