Sağlam Həyat C.A

Sağlam Həyat C.A

Son tarix: 4 Dekabr 2026

Sürücü

Logistika və TəchizatBakıTam Ştat4 Noyabr 2026408

700 ₼

Vakansiya haqqında

 

İş şərtləri:

  1. Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə.
  2. İş vaxtı: Həftədə 5 gün saat 09:00-dan 18:00-a dək, nahar fasiləsi 13:00-14:00.
  3. Əmək haqqı: 700
  4. Əlavə iş saatları olduğu halda, əmək haqqına əlavə ödənilir.
  5. İş yeri: Bakı şəh, Nərimanov rayonu.

Uyğun namizədlər Cv-lərini hr@sağlamhayat.az e-mailinə göndərə bilərlər. Uyğun namizədlə əlaqə saxlanılacaq.

Tələblər:

  1. Hərbi xidmətdən keçmiş şəxslərə üstünlük verilir;
  2. Minimum tam orta təhsil;
  3. Nizam-intizamlı və işi tez qavrama qabiliyyətinin olması;
  4. Səliqəli xarici görünüş (təraş olunmuş üz, səliqəli saç);
  5. Sahə üzrə təcrübəsi olanlara üstünlük verilir;
  6. Şəhəri yaxşı tanımalı;
  7. Sürücülük vəsiqəsi B,C kateqoriyası;
  8. Yaş həddi 25-40.

Vəzifə öhdəlikləri:

  1. Təhkim olunmuş nəqliyyat vasitəsini saz vəziyyətdə saxlamaq və təhlükəsiz idarə etmək;
  2. Yüklərin avtomobilə yüklənməsi, təyinat məntəqəsinə çatdırılması, boşaldılması və yerləşdirilməsi;
  3. Verilmiş sənədlərin və digər əşyaların təyinatı üzrə çatdırılması və təhvil verilməsi;
  4. Ortaya çıxan və çıxa biləcək problemlər haqqında vaxtında rəhbərliyi məlumatlandırmaq;
  5. Nəqliyyat vasitəsinin təmizliyinə, texniki baxışına daim nəzarət edilməsi;
  6. Rayonlara ezam getmək;
  7. Gördüyü işlərlə bağlı ay sonunda hesabatların verilməsi.

Yeni vakansiyaları qaçırma!

Hansı platformada rahatsansa, orada izlə.

Birev

Oxşar vakansiyalar