N

Norm OJSC

Son tarix: 8 Avqust 2026

Sürücü-fəhlə (daşınma üzrə)

Logistika və TəchizatBakıTam Ştat30 İyul 202683

Müsahibə əsasında

Vakansiya haqqında

Hazırda şirkətimizə Sürücü-fəhlə (daşınma üzrə) vakansiyası üzrə namizəd axtarılır.

İş yeri: Bakı, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1

Tələblər:

  • Orta təhsil;
  • Əlaqədar vəzifə üzrə 1 il iş təcrübəsi;
  • BC kateqoriyası üzrə sürücülük vəsiqəsi;
  • Mexaniki sürətlər qutusu idarə etmə bacarığı;
  • Müştəriyönümlülük;
  • Ünsiyyət bacarığı.

Vəzifə və Öhdəliklər:

  • Gündəlik olaraq zavod ərazisində yerləşən istirahət otaqlarına və ofis binasının bütün mərtəbələrinə içməli suyun çatdırılmasını və təmin edilməsini həyata keçirmək;
  • İstehsalat sahəsində iş aparılan ərazilərə birbaşa rəhbərin razılığı əsasında əlavə su təminatını həyata keçirmək;
  • Gündəlik verilən suyun, eləcə də dolu və boş su qablarının uçotunu aparmaq, su anbarına nəzarət etmək və müvafiq hesabatı birbaşa rəhbərinə təqdim etmək;
  • İçməli su ehtiyatını izləmək və tələbat əsasında təchizatçıya sifariş vermək;
  • Zavod ərazisində yerləşən tullantı konteynerlərini gündəlik yoxlamaq və onların vaxtında boşaldılmasını təmin etmək;
  • Ərazi və ofis yaxınlığında yerləşən tullantı qablarının boşaldılması;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Birbaşa rəhbər tərəfindən verilən digər inzibati və təsərrüfat xarakterli tapşırıqları yerinə yetirmək.

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Oxşar vakansiyalar