S

Sürücülük Təlimi

Son tarix: 17 Noyabr 2026

Sürücülük təlimçisi

Logistika və TəchizatBakıTam Ştat27 Avqust 202645

500 ₼

Vakansiya haqqında

Sürücülük təlimçisi tələb olunur

Yeni fəaliyyətə başlayacaq sürücülük təlimi xidmətimiz üçün məsuliyyətli və səbirli sürücülük təlimçiləri axtarırıq.

İş şəraiti:

  1. Təlim avtomobili şirkət tərəfindən təmin olunur;
  2. Müştərilər şirkət tərəfindən təmin olunur;
  3. Şəxsi avtomobil tələb edilmir;
  4. İş qrafiki əvvəlcədən razılaşdırılmış uyğun saatlara və dərslərin sayına əsasən qurulur;
  5. Ödəniş keçirilmiş dərslərin sayına əsasən hesablanır;
  6. Elan bölməsində göstərilən 500–1000 AZN aylıq qazanc aralığı təxminidir və keçirilən dərslərin sayından asılı olaraq dəyişir;
  7. Sabit aylıq maaş modeli nəzərdə tutulmur.

 

Tələblər:

  1. Etibarlı sürücülük vəsiqəsi;
  2. Minimum 5 il aktiv sürücülük təcrübəsi arzuolunandır;
  3. Yol hərəkəti qaydalarını yaxşı bilmək;
  4. Sakit, səbirli və məsuliyyətli olmaq;
  5. İnsanlarla düzgün ünsiyyət qurmaq və öyrətmə bacarığı;
  6. Punktual olmaq və təyin edilmiş dərs saatlarına riayət etmək;
  7. Sürücülük təlimçisi kimi əvvəlki təcrübə üstünlükdür, lakin məcburi deyil.

Vəzifə öhdəlikləri:

  1. Müştərilərə praktiki avtomobil idarəetməsini öyrətmək;
  2. Şəhər daxilində təhlükəsiz sürmə, parklanma, manevr və digər praktiki bacarıqları öyrətmək;
  3. Yeni başlayan şəxslərlə səbirli və aydın şəkildə işləmək;
  4. Təyin olunmuş dərslərə vaxtında gəlmək;
  5. Təlim zamanı yol hərəkəti və təhlükəsizlik qaydalarına ciddi riayət etmək;
  6. Əvvəlcədən hazırlanmış dərs qrafikinə uyğun işləmək.

Oxşar vakansiyalar