
Hədəf STEAM Liseyi
Tarix müəllimi (rus bölməsi üzrə)
Müsahibə əsasında
Vakansiya haqqında
“Hədəf STEAM Liseyi”nin Tbilisi prospekti 72 ünvanında yerləşən kampusuna rus bölməsi üzrə təcrübəli Tarix müəllimi axtarılır.
Əsas vəzifə öhdəlikləri:
- Tarix fənnini rus dilində effektiv və anlaşıqlı şəkildə tədris etmək;
- Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsləri planlaşdırmaq, hazırlamaq və keçirmək;
- Tarixi hadisələri, prosesləri və şəxsiyyətləri mənbələr və faktlar əsasında izah etmək;
- Şagirdlərdə tənqidi düşünmə, tarixi mənbələri təhlil etmə və hadisələr arasında əlaqə qurma bacarıqlarını inkişaf etdirmək;
- Müasir tədris metodlarından və texnologiyalardan istifadə etmək;
- Şagirdlərin bilik səviyyəsini mütəmadi qiymətləndirmək və inkişafını izləmək;
- Testlər, iş vərəqləri və dərs təqdimatları hazırlamaq;
- Şagirdlərə və valideynlərə müntəzəm, konstruktiv geribildirim vermək;
- Sinifdə nizam-intizamı və müsbət tədris mühitini təmin etmək;
- Liseyin daxili qayda və prosedurlarına riayət etmək.
Tələblər:
- Tarix və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
- Tarix müəllimi kimi minimum 1 il iş təcrübəsi;
- Rus dilində sərbəst tədris bacarığı.
Bacarıqlar və səriştələr:
- Tarix fənni üzrə yüksək bilik səviyyəsi;
- Vaxtı idarə etmək və komanda ilə işləmək bacarığı;
- Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma;
- Güclü ünsiyyət və təqdimetmə bacarıqları;
- Müsbət və peşəkar münasibət;
- Sinif və dərs vaxtını effektiv idarə etmək bacarığı.
Biz nə təklif edirik:
- AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş saatları: 08:00–17:00 (həftədə 5 gün);
- İş yeri: Tbilisi prospekti 72 - https://maps.app.goo.gl/3c28gVJ9dZaBrGM17
- 56 gün ödənişli məzuniyyət;
- Şirkət tərəfindən gündəlik nahar;
- Əməkdaşların övladları üçün məktəb ödənişlərində endirim;
- Müntəzəm təlim, peşəkar inkişaf və karyera yüksəlişi imkanları.
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Yeni vakansiyaları qaçırma!
Hansı platformada rahatsansa, orada izlə.
Oxşar vakansiyalar

Kimya müəllimi (ingilis bölməsi üzrə)
Hədəf STEAM Liseyi
BakıTəcrübə
Müsahibə əsasındaDünən
Kids Grammar müəllimi və General English Speaking müəllimi
Star Colleges
BakıTam Ştat
Müsahibə əsasındaDünən

İqtisadiyyat və Biznes fənləri üzrə müəllim (IGCSE)
Hədəf STEAM Liseyi
BakıTəcrübə
Müsahibə əsasındaDünən

Fizika Müəllimi (rus bölməsi üzrə)
Hədəf STEAM Liseyi
BakıTam Ştat
Müsahibə əsasındaDünən

SAT müəllimi
Celt Colleges
BakıTam Ştat
Müsahibə əsasındaDünən
İngilis dili müəllimi
CELC English Academy
BakıTam Ştat
Müsahibə əsasında26 Noyabr 2026
