A

Akad Group

Son tarix: 7 Noyabr 2026

Təchizat üzrə mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat7 Oktyabr 202663

Müsahibə əsasında

Vakansiya haqqında

Namizədə aid tələblər:

  • Ali təhsil;
  • Azərbaycan,Rus və İngilis dillərini bilməsi;
  • Microsoft Office proqramlarını bilməsi;
  • Təchizat, satınalma və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi; 
  • Təchizat və satınalma prosesləri üzrə praktiki biliklər; 
  • Tikinti sahəsində təchizat və satınalma üzrə iş təcrübəsi;
  • Danışıqlar aparmaq və təchizatçı münasibətlərini idarə etmək bacarığı;
  • Analitik düşüncə və məsuliyyətlilik. 

Əsas vəzifə və öhdəliklər:

  • Tikinti layihələri üzrə təchizat proseslərinin təşkil və idarə edilməsi;
  • Tikinti materialları, avadanlıq və digər zəruri məhsullar üzrə təchizatın təmin edilməsi;
  • Yerli və xarici təchizatçıların araşdırılması və yeni təchizatçıların cəlb edilməsi;
  • Qiymət və kommersiya təkliflərinin toplanması və müqayisə edilməsi;
  • Təchizatçılarla danışıqların aparılması;
  • Materialların layihə və texniki tələblərə uyğunluğuna nəzarət edilməsi;
  • Sifarişlərin verilməsi və çatdırılma prosesinin izlənilməsi;
  • Müqavilə və satınalma sənədlərinin hazırlanması və nəzarətdə saxlanılması;
  • Təchizat üzrə bazar araşdırmalarının aparılması.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • Sınaq müddəti- 3 ay;
  • İş saatı 9:00-18:00-dək; 5 günlük iş rejimi; 
  • Əmək haqqı müsahibədə təcrübəyə əsasən təyin olunur

Uyğun namizədlərdən CV-lərini başlıq hissəsinə “Təchizat üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Qeyd edək ki, CV-lərə mərhələli şəkildə baxılır və yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. 

Oxşar vakansiyalar