A

AgroTrade Supply

Son tarix: 11 İyul 2026

Təchizat üzrə mütəxəssis

Logistika və TəchizatBakıTam Ştat11 İyun 2026111

Müsahibə əsasında

Vakansiya haqqında

"ATS Soy Processing MMC" olaraq təchizat zəncirinin effektiv və kəsintisiz idarə olunmasına töhfə verəcək, peşəkar və nəticəyönümlü Təchizat üzrə Mütəxəssis axtarırıq.

Bu vəzifədə siz satınalma proseslərinin vaxtında və daxili prosedurlara uyğun icrasına, təchizatçılarla etibarlı əlaqələrin qurulmasına və satınalma qrupunun gündəlik əməliyyat fəaliyyətinin yüksək standartlar əsasında həyata keçirilməsinə cavabdeh olacaqsınız.

Əgər analitik düşüncə tərzinə malik, detallara diqqətli, kommunikasiya bacarıqları güclü və peşəkar inkişafını davamlı olaraq prioritet hesab edən mütəxəssissinizsə, sizi güclü komandamızın bir hissəsi olmağa dəvət edirik. Biz sizə peşəkar inkişaf imkanları, dinamik iş mühiti və dəyər yaradan layihələrdə iştirak etmək fürsəti təqdim edirik.

Əsas Vəzifə Öhdəlikləri:

Sifarişlərin İdarəedilməsi və Təhlil:

  • Daxili strukturlardan gələn mal və xidmətlər üzrə satınalma sorğularının (PR - Purchase Requisition) qəbulu, yoxlanılması və icraya hazırlanması.
  • Bazarın araşdırılması və potensial təchizatçılardan optimal qiymət təkliflərinin (RFQ - Request for Quotation) toplanması.
  • Qiymət, keyfiyyət və çatdırılma şərtlərini təhlil edərək ilkin müqayisə cədvəllərinin hazırlanması.

Əməliyyatların İcrası və İzlənilməsi:

  • Satınalma sifarişlərinin (PO - Purchase Order) hazırlanmasına dəstək göstərilməsi və prosesin sonadək izlənməsi.
  • Çatdırılma prosesinə operativ nəzarət, sifarişlərin vaxtında təhvil alınmasının təmini və mümkün gecikmələrlə bağlı qrup rəhbərinin vaxtında məlumatlandırılması.
  • Kateqoriyalar üzrə təchizatçı məlumat bazasının (Vendor List) mütəmadi olaraq yenilənməsi və idarə edilməsi.

Koordinasiya və Sənədləşmə:

  • Təchizatçılarla davamlı və peşəkar kommunikasiyanın (yazışma və telefon danışıqları) aparılması.
  • Satınalma prosesində daxili qaydalara və komplayens prosedurlarına tam uyğunluğun təmin edilməsi.
  • Mühasibatlıq və anbar şöbələri ilə sıx koordinasiya; təhvil-təslim və ödəniş sənədlərinin vaxtında mühasibatlığa təqdim olunması.
  • Müqavilə sənədlərinin, aktların və satınalma fayllarının nizamlı şəkildə arxivləşdirilməsi.

Namizədə dair Tələblər:

Təhsil və Səriştələr:

  • Təhsil: Ali təhsil (İqtisadiyyat, Menecment, Biznesin İdarəedilməsi və ya əlaqədar sahələr üzrə olması üstünlükdür).
  • Təcrübə: Satınalma (təchizat) və ya logistika sahəsində minimum 1-2 il müvafiq iş təcrübəsi.
  • Şəxsi Keyfiyyətlər: Analitik düşünmə, detallara qarşı xüsusi diqqət, komandada işləmək bacarığı və yenilikləri öyrənməyə açıq olmaq.
  • Kommunikasiya: Güclü şifahi və yazılı ünsiyyət, işgüzar yazışma qabiliyyəti.

Texniki və Dil Bilikləri:

  • Kompüter Bilikləri: MS Office (xüsusilə Excel və Outlook) proqramlarında sərbəst işləmə bacarığı.
  • ERP Sistemləri: 1C və ya digər ERP proqram təminatları ilə işləmə bacarığı əlavə üstünlükdür.
  • Dillər: Azərbaycan dili – Səlis;
  • Rus və/və ya İngilis dili – İşgüzar səviyyədə bilmək arzuolunandır (Üstünlükdür).

Əlavə Tələblər:

  • Sürücülük vəsiqəsinin olması (və aktiv sürücülük bacarığı) üstünlük hesab olunur.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Tibbi Sığorta (işçini əhatə edən)
  • Dəyərlisən” PASHA loyality proqramına üzvlük
  • Coursera

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Oxşar vakansiyalar