D

DAVIDOV Consulting Group

Son tarix: 1 Oktyabr 2026

Təcrübəçi mühasib

Maliyyə və MühasibatlıqBakıTəcrübə31 Avqust 202655

100

Vakansiya haqqında

Ödənişsiz Təcrübə Proqramı

Davidov Consulting Group MMC mühasibatlıq sahəsində praktiki təcrübə qazanmaq, real iş proseslərini öyrənmək və gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən namizədlər üçün Təcrübəçi Mühasib Proqramı elan edir.

 İş formatı:

• Yarım ştat

• Tam ştat

• Distant və ya hibrid iş imkanı

Təcrübə proqramının üstünlükləri:

• Real iş mühitində praktiki təcrübə

• Mühasibatlığı sıfırdan praktiki şəkildə öyrənmək imkanı

• Vergi və əmək qanunvericiliyi üzrə praktiki biliklər

• Excel və Google Sheets bacarıqlarının inkişaf etdirilməsi

• Real müştərilərlə və şirkətlərlə işləmək təcrübəsi

• Mühasibat sənədlərinin hazırlanması üzrə praktiki biliklər

• Özünü yaxşı göstərən namizədlər üçün gələcəkdə ödənişli əməkdaşlıq və şirkətdə inkişaf imkanı

Təcrübə proqramı ödənişsizdir.

Müraciət qaydası:

CV-nizi aşağıdakı vasitələrdən biri ilə göndərə bilərsiniz:

E-mail: [email protected]

WhatsApp: +994 55 888 63 53

Şirkət: Davidov Consulting Group MMC

Tələblər:

• Ali təhsil alan son kurs tələbələri və ya yeni məzunlar

• Öyrənməyə həvəsli olmaq

• Məsuliyyətli və diqqətli olmaq

• Verilən tapşırıqları vaxtında yerinə yetirmək

• Komandada işləmək bacarığı

Üstünlük hesab olunur, lakin məcburi tələb deyil:

• Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə təhsil

• MS Excel bilikləri

• Google Sheets ilə işləmək bacarığı

• İlkin mühasibatlıq bilikləri

• İngilis dili biliyi

• Rus dili biliyi

Vəzifə öhdəlikləri:

  1. İlkin mühasibatlıq əməliyyatlarının aparılması
  2. Mühasibat sənədlərinin hazırlanması və sistemləşdirilməsi
  3. Bank köçürmələrinin hazırlanması və izlənilməsi
  4. Excel və Google Sheets cədvəllərinin yaradılması və idarə olunması
  5. Vergi bəyannamələrinin hazırlanması və təqdim olunmasında iştirak
  6. ƏDV, ÖMV, mənfəət vergisi, gəlir vergisi və digər hesabatlarla iş
  7. Müştərilərdən məlumat və sənədlərin toplanması
  8. Müştərilərlə gündəlik iş və kommunikasiya
  9. Əmək haqqının hesablanması və ödəniş sənədlərinin hazırlanması
  10. İşçilərin işə qəbulunun rəsmiləşdirilməsi
  11. İşçilərin işdən çıxarılması ilə bağlı sənədləşmə
  12. Əmək müqavilələri və digər əmək sənədlərinin hazırlanması
  13. Ezamiyyə sənədlərinin hazırlanması
  14. Kargüzarlıq və inzibati sənədləşmə işləri
  15. Real mühasibatlıq və konsaltinq layihələrində iştirak

Oxşar vakansiyalar