F

FastNet Technology MMC

Son tarix: 25 Sentyabr 2026

Təcrübəçi-texnik

İnformasiya TexnologiyalarıBakıTəcrübə25 Avqust 2026141

Müsahibə əsasında

Vakansiya haqqında

FastNet Technology olaraq, Telekommunikasiya sahəsinə həvəsi olan, şəbəkə texnologiyaları üzrə praktiki biliklər qazanaraq peşəkarlaşmaq istəyən gənc istedadlar üçün təcrübə proqramı üzrə aşağıdakı vakansiyanı elan edirik!

İş formatı: Yarımştat (Ödənişli təcrübə proqramı)

Ünvan: Bakı şəhəri, Xəzər rayonu

Təcrübə müddətində öyrənəcəkləriniz

  • Fiber optik şəbəkənin və GPON avadanlıqlarının quraşdırılması, texniki servisi;
  • Modem və routerlərin sazlanması və konfiqurasiya olunması;
  • Wi-Fi şəbəkəsinin qurulması və analiz edilməsi;
  • Daxili və xarici şəbəkə xətlərinin çəkilməsi, fiber optik kabellərin montajı və optik qaynaq işləri;
  • Şəbəkə qutularının (rack) montaj/demontajı və konnektorların montajı;
  • Şirkətin fəaliyyət göstərdiyi ərazilər üzrə yaranmış texniki problemlərin operativ həlli;
  • Peşəkar heyətin rəhbərliyi ilə tapşırıqların vaxtında və lazımi səviyyədə icrası.

Namizədə qarşı tələblər

  • İnformasiya Texnologiyaları (IT), Telekommunikasiya, Rabitə və ya digər əlaqəli ixtisaslar üzrə təhsil alan və ya məzun olmuş  namizədlər;
  • Şəbəkə texnologiyalarına və sahə (field) işlərinə yüksək maraq və həvəs;
  • Yeni texnologiyaları sürətlə öyrənmək və tətbiq etmək qabiliyyəti;
  • Problemləri müəyyənləşdirmək və həll etmək yönümlü düşüncə;
  • Öyrənməyə həvəsli, məsuliyyətli, operativ və komanda ilə işləmək bacarığı.

​​​​​​​Biz nə təklif edirik

  • Ödənişli təcrübə proqramı;
  • Real layihələrdə və sahə işlərində praktiki iş təcrübəsi;
  • Peşəkar mühəndis və texnik heyəti ilə birbaşa çalışaraq zəngin təcrübə qazanmaq imkanı;
  • Uğurlu namizədlər üçün təcrübə proqramından sonra daimi iş imkanı;
  • Peşəkar iş mühiti.

CV-nizi mövzu hissəsində "Texnik vəzifəsi üzrə Ödənişli Təcrübə Proqramı" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.​​​​​​​

Oxşar vakansiyalar