S
Sinteks Group of Companies
Təftiş üzrə kiçik administrator
Müsahibə əsasında
Vakansiya haqqında
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Bu vəzifənin rolu ofis, anbar və mağazalarda təftiş zamanı əmtəə məhsullarının və inventarların sayımının aparılmasına, qüsur və nöqsanların müəyyən edilməsinə, etiket və barkodların bərpasına dəstək göstərməkdir.
- Vəzifə eyni zamanda mağazalar, Laboratoriya və Mərdəkan baş anbarı üzrə məhsul və inventar registerlərinin mütəmadi yenilənməsini, aktların hazırlanması və dövriyyəsini, yeni inventarların sistemdə stoklara əlavə olunmasını, sənədlərin arxivləşdirilməsini və 1C proqramında inventar transferlərinin icrasını həyata keçirir.
Vəzifə öhdəlikləri:
Sayım prosesinin icrası
- Xüsusi texniki vasitələrlə əmtəə məhsullarının və inventarların sayımını həyata keçirir.
- Sayım zamanı faktiki məlumatların düzgün və tam qeyd olunmasına diqqət edir.
Qüsur və nöqsanların müəyyən edilməsi
- Əmtəə məhsullarını və inventarları qüsur, çeşid səhvi və digər nöqsanlara görə yoxlayır.
- Aşkar etdiyi nöqsanlar barədə Təftiş üzrə Mütəxəssisi məlumatlandırır.
Etiket və barkodların idarə edilməsi
- Təftiş zamanı aşkarlanan etiketsiz əmtəə məhsullarının və inventarların etiketlərini bərpa edir.
- Mağazaların məhsul barkodlarının çapını aparır və aidiyyəti üzrə təhvil verir.
- Yeni əlavə edilmiş inventarların barkodlarını çap edir və müfəttişə təhvil verir.
- Etiketləmə və barkod çapı zamanı məhsul və inventar məlumatlarının düzgünlüyünə diqqət edir.
Registerlərin mütəmadi yenilənməsi
- Mağazaların ümumi məhsul registerini mütəmadi yeniləyir.
- Mağazaların, Laboratoriyanın və Mərdəkan baş anbarının ümumi inventar registerini mütəmadi yeniləyir.
Aktların hazırlanması və dövriyyəsi
- Məhsul utilizasiya aktlarını aidiyyəti üzrə mağazalara göndərir.
- İnventar utilizasiya aktlarını aidiyyəti üzrə mağazalara göndərir.
- Təhvil-təslim aktlarını hazırlayır.
Sistem əməliyyatları və inventar stokunun idarə edilməsi
- Yeni gələn inventarları sistem üzərində mağazaların stokuna əlavə edir.
- 1C proqramı vasitəsilə utilizasiya olunacaq inventarları inventar bazasında brak anbarına transfer edir.
Sənədləşmə və arxivləşdirmə
- İl ərzində Audit Departamentinə daxil olan təhvil-təslim və utilizasiya aktlarını həm fiziki, həm də elektron formada sistemləşdirir və arxivləşdirir.
Təftiş komandasına dəstək
- Təftiş üzrə Mütəxəssisin tapşırıqlarına uyğun olaraq sayım və yoxlama proseslərinə dəstək göstərir.
- İş zamanı aşkarlanan uyğunsuzluqları gizlətmədən və gecikdirmədən rəhbərinə bildirir.
Məsuliyyət sahəsi:
- Əmtəə məhsullarının və inventarların sayımı, qüsur və çeşid səhvlərinin müəyyən edilməsi
- Etiketlərin bərpası, məhsul və inventar barkodlarının çapı və təhvil verilməsi
- Məhsul və inventar registerlərinin düzgün və vaxtında yenilənməsi
- Utilizasiya və təhvil-təslim aktlarının hazırlanması, göndərilməsi və arxivləşdirilməsi
- Yeni inventarların sistemdə stoklara əlavə edilməsi və 1C üzərindən brak anbarına transfer əməliyyatları
- Təftiş komandasına sayım, yoxlama və sənədləşmə proseslərində dəstək
Tələblər
Professional biliklər:
- Əmtəə məhsulları, inventar və stokların sayımı üzrə baza biliklər arzuolunandır (Bu tələb CV-də məhsul sayımı, inventar/stok sayımı, mağaza və ya anbar məhsul yoxlaması, utilizasiya/write-off, xəzinadar/anbardar təcrübəsi, retail inventory və/və ya məhsul/stok üzləşməsi üzrə iş təcrübəsi göstərildikdə qarşılanmış hesab edilir).
- Təftiş, sayım, barkod skaneri, inventar cihazı, POS/stock-count avadanlığı və/və ya oxşar texniki vasitələri üzrə baza biliklər arzuolunandır .
Təhsil:
- Orta ixtisas, və ya ali təhsil.
İş təcrübəsi:
- Pərakəndə satış, xəzinadar, anbardar, mağaza əməliyyatları, məhsul/stokla iş, inventar dəstəyi və/və ya anbar əməliyyatları üzrə iş təcrübəsi (en azı 1 il iş təcrübəsi üstünlükdür).
- Təftiş, inventar auditi, stok yoxlaması, sayım, məhsul yoxlaması və/və ya uyğunsuzluqların qeydiyyatı üzrə təcrübə arzuolunandır.
Professional bacarıq və kompetensiyalar:
- Detallara diqqət
- Nəticə yönümlülük
- Məsuliyyətlilik və intizamlılıq
- Komanda ilə işləmə bacarığı
- Dəqiq sayım və müşahidə bacarığı
- Sənədlərlə dəqiq və sistemli işləmə bacarığı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Oxşar vakansiyalar
C
Bugün
Təmizlikçi
CUP CUP • Bakı
Tam Ştat
600 ₼Müraciət et
F
Bugün
Restoran meneceri
Fast food restoranı • Bakı
Tam Ştat
800 ₼Müraciət et
H
Bugün
Ofis Meneceri
Headway Education • Bakı
Tam Ştat
500 ₼Müraciət et
B
Bugün
Protokol üzrə Mütəxəssis / Aparıcı Mütəxəssis
Baku Steel Company CJSC • Bakı
Tam Ştat
Müsahibə əsasındaMüraciət et
A
Bugün
Tornaçı
AR-METİZ MMC • Bakı
Tam Ştat
700 ₼Müraciət et
T
Bugün
Məlumat Meneceri
Transmilli holdinq • Bakı
Tam Ştat
500 ₼Müraciət et